"Trendyol" Azərbaycanda istehlakçıları necə gəldi aldadır
Son zamanlar Azərbaycanın daxili bazarında rəqabət olmadığına görə "Trendyol" üzərindən Azərbaycana gətirilən məhsullar keyfiyyətsiz çıxır. Bununla bağlı vətəndaşların şikayətləri çoxalıb.
Bəs bu nəylə bağlıdır?
Vətəndaşlar belə olduqda nə etməlidir? Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, "Trendyol" bazarda üstün mövqeyindən istifadə edərək istehlakçıları aldadır:
""Trendyol" və başqa onlayn şirkətlərdən gələn mallarla bağlı Azad İstehlakçılar Birliyinə gələn şikayətlərin palitrası aşağıdakı kimidir. Mürəkkəb texniki vasitə, məsələn televizor və digər elektron məhsullar satış mənbələrindən qırıq gəlir. Bunu isə sübut eləmək olmur, həqiqətən də ordan qırıq göndərirlər, yoxsa burada baş verir.
İkincisi isə vətəndaşın istədiyi rənginə, ölçüsünə, formasına uyğun mal göndərilmir.
Üçüncüsü, vətəndaşın tələbatını ödəməyən malı geri qaytarmaq problemi yaranır. Baxmayaraq ki, bu vəziyyətdə də istehlakçı 14 gün müddətində malı dəyişmək, dəyişməyən malı qaytarmaq hüququ var və sanki "Trendyol"a baxıb, çoxlu sayda yerli internet üzərindən satışlar həyata keçirilir. Hər şey bir-birinə qarışıb və belə olduqda çox böyük istehlakçı hüquqlarının pozulması baş verir.
Düşünürəm ki, dövlət orqanı İqtisadiyyat Nazirliyi Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti bu məsələləri həll etməlidir. Çox mürəkkəb vəziyyət yaranıb və malı dəyişmək, qaytarmaq məsələsi çox ciddi bir problemə çevrilib.
"Trendyol" isə bazarda öz üstün mövqeyindən istifadə edərək istehlakçılar necə gəldi aldadır. Hər həftə istehlakçıların hüququnu pozmaqla bağlı "Trendyol"-dan 2-3 telefon zəngi daxil olur. Vətəndaşları belə məslələrlə rastlaşdıqda, Atiinhisar və Bazara Dövlət Xidmətinin qaynar telefon xətti 195 -ə zəng edərək müraciət etməli çağırıram".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?