Ukrayna Kursk vilayətində baş verənlərlə bağlı ABŞ-a xəbərdarlıq etməyib - DD
Ukrayna ABŞ-a Kursk bölgəsində hərbi əməliyyat keçirmək niyyəti barədə xəbərdarlıq etməyib, lakin burada "qeyri-adi heç nə" yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller brifinqdə bildirib.
"Ukraynanın onları həyata keçirməzdən əvvəl bizə dəqiq taktikalarını deməməsi qeyri-adi deyil. Bu, onların apardıqları müharibədir. Biz onları avadanlıq və məsləhətlərlə təmin edirik. Amma gündəlik taktikalara gəlincə, bəzən onlarla ünsiyyətdə oluruq, bəzən yox. Və bu qərarları özlərinin verməsi məqsədəuyğundur", - deyə spiker bildirib.
Eyni zamanda, Miller iddia edir ki, ABŞ-ın Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə siyasəti dəyişməyib, lakin onun sözlərinə görə, Ukraynanın hazırkı hərəkətləri Vaşinqtonun siyasəti ilə ziddiyyət təşkil etmir.
Qeyd edək ki, Kursk vilayətində gedən döyüşlər zamanı Rusiyanın "Z-hərbi müxbiri" Yevgeni Poddubnı məhv edilib. O, VGTRK-da müxbir kimi işləyib və özünün böyük teleqram kanalı vardı, burada müharibə təbliğatı aparırdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 679 Tarix: 08 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabr