Miras niyə oğul övladına qalır ? - AÇIQLAMA

Miras niyə oğul övladına qalır ? - AÇIQLAMAHər bir ailə üçün sonradan problemə çevriləcək məsələlərdən biri də mirasdır. Azərbaycanda dünyasını dəyişən şəxsin övladları arasında vaxtaşırı mirasla bağlı mübahisələrin, hətta yaxşı sonluqla nəticələnməyən hadisələrin şahidi oluruq. Adətən ailələrdə ata və ana öldükdən sonra bütün mal varlığı oğul övladına qalır. Bəs görəsən buna səbəb nədir ? Niyə miras oğlana qalır ?

Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən sosioloq Yusif Nəbiyev hesab edir ki, buna səbəb tarixi, sosial faktorlar, adət və inanclardır:

"Mülkiyyətin bölünməsi, miras qoyulması kimi məsələlər həm qanunvericiliklə həm də sosial normalarla, adətlər və inanclarla tənzimlənir. Öncəliklə, qeyd etmək lazımdır ki, Azərbaycanda mülki qanunvericilikdə hər hansı cinsi ayrıseçkilik yoxdur. Miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər. Burada heç bir qız-oğul ayırımı yoxdur. Amma bəzi tarixi və sosial faktorlar var ki, onlar ölkəmizdə (elə regionumuzda da) oğul övladlarına daha çox miras qoyulmasını şərtləndirir. Patriarxal bir sivilizasiyada yaşadığımız üçün, istər-istəməz kişilər mirasın və mülkün əsas varisləri sayılırlar. Bizim ölkəmizdə olmasa da, hətta bəzi ölkələrdə bu qanunla da tənzimlənir. Daşınmaz əmlakın varisliyi qanunən oğullara ötürülür.

Bundan əlavə olaraq, bir çox ölkədə, həmçinin Azərbaycanda da, oğullar gələcəkdə yaşlanmış valideynlərinin əsas himayədarları hesab olunurlar. Buna görə də valideynlər bir növ şifahi müqavilə şəklində, miraslarını oğullarına qoyurlar ki, onlar da əvəzində valideynlərinin qayğılarına qalsınlar. Necə deyərlər, onların qocalıq yüklərini çəksinlər.
Deyərdim ki, hələ də dünyanın əksər ölkələrində, mədəniyyətlərində kişilər ailənin əsas "çörək gətirən" fərdləri sayılırlar. Bu baxımdan belə bir düşüncə də formalaşıb ki, ailəni kişi saxladığı üçün ən böyük maliyyə dəstəyinə də məhz onun ehtiyacı var.

Bütün bunlara əlavə olaraq, digər bəzi amillər də var ki, bu və ya başqa formada oğullara miras qoyulması trendini qorumağa təsir edir. Misal üçün, yeni ailə qurularkən cehizi qız evinin verməsi belə əslində bir amildir və ev, daşınmaz əmlak kimi mülklərin oğul övladlarına miras qoyulmasına məntiqi təməl yaratmaqdadır".

Sosioloq həmçinin bildirib ki, nə qədər düzgün yol hesab edilsə də bu adət yavaş-yavaş zəifləyir:

"Lakin bütün deyilənlərə baxmayaraq, deyə bilərik ki, bu trenddə də getdikcə zəifləmə hiss olunur. Get-gedə daha çox valideyn öz mülkünü övladları arasında bərabər bölməyə çalışır. Bərabər olmasa belə, qız övladlarına əvvəllə müqayisədə daha çox pay miras qoyulur.

Get-gedə daha çox qadının iş həyatına atılmasını, boşanma hallarının artması ilə əlaqədar müstəqil həyat yaşamağa başlayan qadınların sayının artmasını, qlobal "gender bərabərliyi" çağırışlarının geniş vüsət almasını da nəzərə aldıqda, miras və mal bölgüsünün qız övladlarının xeyrinə dəyişmə trendinin zamanla daha da qüvvətlənəcəyini proqnozlaşdırmaq mümkündür".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1667   Tarix: 08 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr