Pərdəarxası DANIŞIQLAR: Zəngəzur dəhlizinin taleyi necə OLACAQ?

Pərdəarxası DANIŞIQLAR: Zəngəzur dəhlizinin taleyi necə OLACAQ?Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfi ilə qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən regional kommunikasiyalar maddəsinin çıxarıldığını təsdiqləyib. Bunu açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

Danışıqlar prosesi davam etsə də, Zəngəzur dəhlizinin nə vaxt açılacağı bəlli deyil. Artıq bir çox ekspertlər hesab edir ki, Yaxın Şərqdə baş verənlər regionda "sönmüş ocaq"ları yenidən alovlandıra bilər. Bu baxımdan sülh müqaviləsi bağlandıqdan sonra Zəngəzur dəhlizinin taleyi necə olacaq?

Zəngəzur dəhlizinin açılması yaxud kommunikasiya əlaqələrinin bərpası məsələsinin Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsindən sonrakı mərhələyə saxlanılmasını hər iki tərəf təsdiqləyib.

Yəni Ermənistan XIN-nin sözçüsü və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu məsələnin növbəti mərhələyə qaldığını ifadə ediblər. Zəngəzur dəhlizinin taleyinin bir qədər arxa plana keçirilməsi səbəbsiz deyil. Burada əsas məqam Ermənistanın və onun arxasında dayanan qərb dünyasının hələlik Zəngəzur dəhlizinin açılmasında maraqlı olmamasıdır. Hər halda qərb dövlətləri və Rusiya arasında bununla bağlı ciddi narazılıqlar var. Ortaq bir nöqtəyə gəlinməyib. Bu məsələdə görünür ki, Rusiyada dəhlizin sonrakı mərhələyə saxlanılmasında maraqlıdır".

Rusiya və qərb dövlətləri müəyyən mənada növbəti mərhələni məqsədəuyğun hesab ediblər.Mənə elə gəlir ki, xüsusilə qərb dövlətləri geri addım atıb. Rusiya ilə nisbətdə qərb dövlətləri daha maraqlı idisə, indi görünür geri çəkiliblər. İran ərazisindən yolun açılması məqsədəuyğun hesab olunmur. Hər halda bəzi İran-İsrail və Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi fonunda Zəngəzur dəhlizinin indiki anlamda açılması məqsədəuyğun deyil. Ona görə də hər iki tərəf buna uyğun qərar qəbul edib. Sülh müqaviləsi imzalandıqdan sonra bu məsələ gerçəkləşdirmək bilər. Ermənistanda konstitusiyasının dəyişdirilməli və Azərbaycanın digər şərtləri həyata keçirilməlidir. Bu baş verməsə, Zəngəzurun taleyi uzun çəkə bilər. Sülh müqaviləsi imzalandıqdan sonra da bu dəhlizin həmin vaxtlarda açılması çoxda real görünmür.

Xatırladım ki, bundan əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər nəqliyyat marşrutları, o cümlədən Azərbaycanı Naxçıvanla birləşdirən marşrutlar məsələsini sonrakı mərhələdə - sülh müqaviləsi imzalandıqdan sonra həll etmək barədə razılığa gəliblər.

Faiq Ələkbərli

Siyasi şərhçi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1445   Tarix: 08 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr