"Biri dostumuz, biri qonşumuzdur..." - İran və İsrail arasında müharibə baş verərsə, Azərbaycanın mövqeyi belə olacaq... - AÇIQLAMA
"İranın hansısa şəkildə İsraillə müharibə edəcəyi ehtimalına üstünlük vermirik. Çünki İran faktiki olaraq hansısa çağırışlardan başqa addım atacaq xarakterə sahib deyil. Diqqət etmisinizsə, İran dövləti tarix boyu faktiki nə xristianlarla, nə yəhudilərlə döyüşüb. Yalnız müsəlmanlara qarşı döyüşüb. Öz içində və kənarda müsəlmanların məhv olmasına daha çox önəm verib. Buna görə də güman etmirəm ki, İran və İsrail arasında müharibə baş verə. Hər halda biz bu məsələdə müstəqil dövlət kimi davranacağıq. Çalışacağıq ki, hər iki dövlətlə münasibətlərimizi qoruyub saxlayaq".
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Fazil Mustafa deyib.
Deputat bildirib ki, Azərbaycan müstəqil dövlətdir və öz maraqları var: "Bizim İsraillə dostluq, İranla qonşuluq münasibətimiz var. Dostluq münasibətinin tam yaranmamasının əsas səbəbi isə İrandır. Çünki İran Ermənistana açıq-aşkar dəstək verən, düşmənimizin yanında yer almış bir ölkədir. Buna baxmayaraq, biz qonşuluq prinsipinin pozulmaması üçün xeyli səylər göstəririk. İranda hələ yenicə səfirliyimizi açmışıq. Çalışırıq ki, münasibətlər normallaşsın. Bütün hallarda iki dövlətin də maraqlarına zidd addım atmağı düşünmürük, çünki biri dostumuz, biri qonşumuzdur. Ümid edirik ki, münasibətlər qaydaya düşər. Bölgədə müharibə baş verməsinin əleyhinəyik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər