Azərbaycanda əhali restoranda, yoxsa evdə yeməyə ÜSTÜNLÜK VERİR?
Statistik məlumatlara görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 18 000 restoran var. Amma şəhər sakinləri evdə yeməyə daha çox üstünlük verirlər. Azərbaycanda restoran biznesi hazırda çox geniş yayılıb. Günbəgün yeni restoranların açılışı edilir.
Bəs Azərbaycanda əhali restoranda yeməyə üstünlük verir, yoxsa evdə?
Sosioloq Ağasəlim Həsənov Bizim.media-ya açıqlamasında sosial rifahın yüksək olduğu ölkələrdə insanların restoranlarda yeməyə daha çox üstünlük verdiklərini qeyd edib:
"Əlbəttə ki, sosial rifahın daha üstün olduğu ölkələrdə insanlar evdə qidalanmaqla restoranda qidalanmağın o qədər də fərqində olmurlar. Çünki sosial təminat var. Onlar adətən evdə qida hazırlanmasını, yeməyin evdə təşkil olunmasını vaxt itkisi hesab edirlər. Ona görə də, daha çox restoranlara üz tuturlar. Amma deməzdim ki, bu, bilavasitə sosial-iqtisadi səbəblərlə bağlıdır. Elə ölkələr var ki, orada əməkhaqqı da kifayət qədər yüksək səviyyədədir. Amma sadəcə o toplumun həyat tərzində evdə qidalanmağa daha çox önəm verilir".
Bəs Azərbaycanda vəziyyət necədir?
Bakının mərkəz küçələrində restoranların çoxunun dolu olduğunu müşahidə edirik. Bu bizdə insanların daha çox restoranlarda vaxt keçirdiyi təəssüratı yaradır. Amma bu sadəcə görüntüdür.
Sosioloqun sözlərinə görə, Azərbaycanda insanlar evdə yeməyə daha çox üstünlük verirlər.
"Bunun da ilk səbəbi sosial-iqtisadi amillərlə və ailələrin gəlir səviyyəsi ilə bağlıdır. Təkcə ölkədəki minimum əməkhaqqının səviyyəsinə baxdıqda, tutaq ki, bir ailədə iki nəfər işləyirsə və onlar minimum əməkhaqqı səviyyəsində maaş alırlarsa, o ailənin hər gün restoranlarda yemək tələbatlarının ödənməsi demək olar ki, qeyri-mümkündür. Həmçinin Azərbaycan adət-ənənələrinə, yaşam tərzinə görə də, insanlar evdə yeməyi xoşlayırlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər