Deputat olmaq istəyən namizəd vaxtından əvvəl təşviqata başladı - MSK tədbir görəcəkmi?
123 Saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa bitərəf namizəd Mircəlil Qasımlı Seçki Məcəlləsinin tələblərini kobud surətdə pozub. Pravda.az "gununsesi.info"ya istinadla xəbər verir ki, deputatlığa namizədliyi qeydə alınan Mircəlil Qasımlı qanunla nəzərdə tutulmuş vaxtdan əvvəl seçki təşviqatına başlayıb.
Belə ki, özünün təşviqat materiallarını dərc etdirən namizəd bunları özünün sosial şəbəkə hesabında paylaşıb.
Halbuki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.
VII Çağırış Milli Məclisə keçirilən seçkilərdə isə təşviqat avqust ayının 9 da başlanır.
Adıçəkilən namizədin 2 gündür ki, təşviqatla məşğul olmasına baxmayaraq, Mərkəzi Seçki Komissiyası bu barədə hər hansı tədbir görməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1900 Tarix: 08 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabr