"Viski içən uşaqlar deputat ola bilər, Ziyad Səmədzadə ola bilməz?!"
Növbədənkənar parlament seçkilərinin keçirilməsinə 1 aydan da az vaxt qalıb. Seçkilərdə iştirak edəcək namizədlərin hamısı məlumdur. Seçkilərə qatılan şəxslərlə cəmiyyətdə fikirlər müxtəlifdir. Keçmiş deputatların bəzilərinin yenidən namizəd olması cəmiyyətdə birmənalı qarşılanmayıb. Çox adam həmin namizədlərin artıq yaşlandığını əsas gətirərək, deputat kimi yenidən fəaliyyət göstərmələrinin yersiz olduğunu dilə gətirib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev danışıb. Siyasətçi bildirib ki, parlament seçkilərində partiyasından olan namizədləri dəstəkləməklə kifayətlənəcək:
"Mən namizədliyimi vermədim. Çalışıram ki, partiyamızdan namizədliyini irəli sürən üzvlərimizi dəstəkləyim. Düşünürəm ki, nomal seçki mühiti yoxdur. Mən əsl seçkilərdə yarışıram, mənim yarış meydançam geniş olmalıdır. Belə bir meydan görmədiyimə görə iştirak etmək istəmədim. Partiyadan namizədlərimiz var, onlar siyasi mübarizəyə qoşulub. Hazırda partiya sədri kimi, onların ideoloji və seçki fəaliyyətlərinə istiqamət verirəm. Mən böyük meydanlarda yarışmağı sevən insanam. Hər zaman istəyirəm ki, yarışdığım rəqiblər güclü olsun". aptek depo
Hafiz Hacıyev hakimiyyətdə və parlamentdə təmsil olunan gənc kadrları kəskin tənqid edib:
"Hakimiyyətdə cavan kadrlar var ki, əksəriyyəti zəifdir. Bunların içərisində kifayət qədər nazir, nazir müavinləri, sədrlər də var. Düzdür, parlament də, digər dövlət qurumları da kadr tərkibi olaraq gəncləşməlidir. Amma mən düşünmürəm ki, kimsə öz yerinə, kreslosuna öz qızını, qohumunu qoysun. Ziyad Səmədzadənin 84 yaşı olsa da, layiqli ziyalı və mütəxəssisdir. Mən Ziyad bəylə işləmişəm, çox savadlı adamdır. Guya gənc kadrlar nə edirlər ki? Əksəriyyəti viski içib əylənməklə məşğuldur. Ölkənin hazırki vəziyyəti onların vecinə deyil. Ona görə də mən Ziyad müəllimin parlamentdə olmasını normal hesab edirəm. Ataların bir sözü var, insan yaşlandıqca müdrikləşir. Necə ola bilər ki, orada filankəsin oğlu-qızı olsun, amma Ziyad Səmədzadə kimi savadlı deputatlar olmasın? Viski içən uşaqlar deputat ola bilər, Ziyad Səmədzadə ola bilməz? Bu konstitusiyanın harasında yazılıb? Ona qalsa, gərək ABŞ-da nə Tramp, nə də Bayden seçkilərdə namizədlik verməsin. Bunların hamısını nəzərə almaq lazımdır. Deputatlar xalqla dövlət arasında bir növ vasitəçidir. Ona görə də, bu məsələyə ciddi yanaşılmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər