Bir evin iki sahibi çıxdı, tikinti şirkəti çətin duruma düşdü - VİDEO

Bir evin iki sahibi çıxdı, tikinti şirkəti çətin duruma düşdü - VİDEOBakı şəhər sakini Ramal Abdullayev məhkəmə qərarı olmadan evinin bütün kommunal xətlərinin kəsildiyini bildirir.

"Qafqazinfo"ya müraciət edən şikayətçi saxta sənədlər əsasında evinin sökülmə planının olduğunu iddia edib. O qeyd edib ki, Yasamal rayonu Fuad İbrahimbəyov küçəsində ("Sovetski" adlanan ərazi) yerləşən evlərin əksəriyyəti "Nizami City Residence"nin tikintisi ilə əlaqədar sökülüb:

"Mən qardaşım və ailəmlə birgə Fuad İbrahimbəyov küçəsi 16 ünvanında 70 kvadrat metr sahəli evdə yaşayıram. Atamla anam bu evi 20 il əvvəl alıb. Təxminən 1 il əvvəl isə Afət Məmmədova adlı tanımadığımız şəxs evdən çıxarılmağımızla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Həmin vaxt Yasamal məhkəməsi qardaşım Elnur Abdullayevin evdən çıxarılması ilə bağlı iddianı təmin etdi. Mən də yaranmış vəziyyətlə bağlı Bakı Apellyasiya Məhkəməsinə və Bakı İnzibati Məhkəməsinə müraciət etdim. Bütün sübutları təqdim etdim, Afət Məmmədova adlı şəxsin, ümumiyyətlə, bizim mənzilə aidiyyətinin olmamasına dair sənədləri ortaya qoydum. Apellyasiya instansiyası icraatın dayandırılması ilə bağlı qərar qəbul etdi. İnzibati məhkəmədə isə iclas sentyabrın 26-na təyin edilib".

Şikayətçi bildirib ki, apellyasiya instansiyasının qərarını ərazidə bina tikintisi planlaşdıran və söküntü həyata keçirən "Nizami City Residence"yə təqdim edib: "Şirkətə məlumat versəm də, evimin işıq, qaz, su xəttini kəsdilər. Daha sonra avqustun 3-də yolumuzu bağladılar. Yaşadığım ev ailəmizə məxsus olsa da, Afət Məmmədova adlı şəxs həyat yoldaşının bu ərazidə işləməsindən istifadə edərək saxta sənədlər əldə edib və evi şirkətə 147 min manata satıb. Mənim yaşadığım mənzilin ünvanı F.İbrahimbəyov küçəsi 16-dır. Həmin evin ünvanı isə F.İbrahimbəyov küçəsi 16D-dir. Bakı İnzibati Məhkəməsinin Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə ünvanladığı sorğunun cavabında isə ərazidə F.İbrahimbəyov küçəsi 16D ünvanının ümumiyyətlə olmaması aşkarlandı.

Onu da bildirim ki, Yasamal Rayon icra Hakimiyyətinin verdiyi order əsasında Yasamal Rayon Məhkəməsinin qərar çıxardığı bildirilirdi. Amma Yasamal Rayon Arxiv İdarəsinin göndərdiyi rəsmi məktubda Afət Məmmədova adlı şəxsin adına hər hansı işin olmaması məlum olur".

R.Abdullayev bildirib ki, 20 il əvvəl ata-anası evi alarkən alqı-satqı müqaviləsi bağlamayıblar: "Rəhmətlik ata-anam bu evi alarkən rəsmi sənədləşmə etməyiblər. Amma evi aldığımız şəxsin həyat yoldaşı və oğlu bu evdə qeydiyyatdadır. Onlar da sübut edə bilər ki, mənzilin faktiki sahibi kimdir. Həmçinin iş hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır, məhkəmə prosesinin getdiyi bir vaxtda bütün kommunal xətləri 1 aydır kəsiblər, 5 gündür yolumuzu da bağlayaraq hərəkətimizi məhdudlaşdırıblar".

Məsələni aydınlaşdırmaq üçün evin sahibi olduğu bildirilən Afət Məmmmədovanın həyat yoldaşı Asif Məmmədovla əlaqə saxladıq.

Asif Məmmədov evi necə əldə etdiyini danışıb, daha sonra şikayətçinin iddialarına münasibət bildirib: "2002-ci ildə Vahid Xələfov adlı şəxsdən mənim üçün ev tikməyini istədim. Ev razılıq əsasında kiminsə həyətində 2-ci mərtəbədə tikiləcəkdi. Bunun üçün 8 min dollar məbləğində pul verdim. Ev 82 kvadrat olmalı idi, lakin tikinti başa çatdıqdan sonra ev 32 kvadrat idi. Bununla bağlı Vahidə iradımı bildirsəm də, elə oldu ki, o müddətdə orada yaşadım. Bu zaman sənədlərim də olub. Ailə üzvlərim - yoldaşım həmin mənzilə qeydiyyata düşüb.

Evdə 1 il yaşadıqdan sonra Vahid mənə dedi ki, kasıb qohumum var, gəlib yaşasın, kirayəsini sizə ödəyər. İsmayıl adlı kişi və qoca qadın idi. Lakin onlar o vaxtdan bəri evdən çıxmadılar. Ramil və Elnur isə bu evdə yaşamayıb. Hazırda şikayətçi olan Ramal və 2002-ci ildə evi tikən Vahid Xələfov bir kənddəndir. Ramal və Elnur qardaşlarının hazırda qeydiyyatı da İnşaatçılardadır.

Bizdə Rayon İcra Hakimiyyətinin sərəncamı var. 16 D ünvanı mənzil fonduna daxil olunaraq Məmmədova Afətə order verilsin. Ora həyət evləridir, 16-dan başqa 40-dan çox mənzil var".

"Nizami City Residence" yaşayış kompeksini inşa edən "City Life" MMC-nin hüquqşünası Samir Mirzəyev saytımıza açıqlamasında iddialara aydınlıq gətirib.

O, şikayətçinin dediklərini təkzib edib: "Fuad İbrahimbəyov küçəsi 16 D ünvanındakı fərdi yaşayış evinin şirkətə təhvil verilməsi ilə bağlı 10 iyul 2023-cü ildə Məmmədov Afət Əli qızı ilə müqavilə bağlamışıq. Müqaviləni bağlayarkən əlimizdə Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamı, ona əsasən verilmiş order və sərəncama səbəb olan Yasamal Rayon Məhkəməsinin 15 aprel, 2005-ci il tarixli qətnaməsi olub.

Əgər hansısa sənəddə dövlət orqanının möhürü varsa, bu sənədlərin saxta olub-olmaması yalnız məhkəmə qərarı ilə araşdırıla bilər. Hazırda tərəflər arasında məhkəmə mübahisəsi davam edir. Biz həmin ərazidə digər mənzilləri sökərkən sözügedən mənzilə heç bir müdaxilə etməmişik. Yekun məhkəmə qərarının qüvvəyə minməsini gözləyirik.

Samir Mirzəyev həmçinin, qeyd edib ki, kommunal xətlərinin şirkət tərəfindən kəsilməsi yanlış məlumatdır: "Vətəndaş Abdullayev Elnurun kommunalının biz tərəfindən kəsilməsi iddiaları əsassızdır. Hər bir vətəndaş fərdi olaraq dövlət qurumları ilə müqavilə bağlayır və istifadə edir. Məmmədov Afət Əli qızının kommunal borcları olduğuna görə, qurumlar tərəfindən kommunal xidmət dayanıb.

Məmmədova Afət Elnur Abdullayevi məhkəməyə verərək mənzildən çıxarılmasını tələb edib. Yasamal Rayon Məhkəməsinin 197 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunub. Hazırda iş Elnur Abdullayevin şikayətinə əsasən Apellyasiya Məhkəməsinin icraatındadır. Lakin icraat dayandırılıb, çünki E. Abdullayev qarşılıqlı olaraq Afət xanıma qarşı Bakı İnzibatı Məhkəməsində iddia qaldırıb. Bizdə olan məlumata görə, məhkəmə prosesi sentyabrda baş tutacaq.

Fuad İbrahimbəyov 16 D ünvanının olub-olmaması ilə bağlı iddialar da yanlışdır. Bizdə bunu təsdiqləyən sənədlər var. Bizdəki arayış Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ASAN Xidmətə müraciət olaraq yazılıb. Arayış dövlət orqanı tərəfindən verilib, burada şübhə doğuracaq hər hansı bir hal yoxdur".

Hüquqşünas vətəndaş Elnur Abdullayevin evinə gedən yolun şirkət tərəfindən bağlanması məsələsinə də aydınlıq gətirib:

Ərazidə köçürdüyümüz sakinlərin evini sökərkən qısamüddətli giriş-çıxış məhdudlaşdırıldı. Lakin daha sonra yol şirkət tərəfindən açılaraq bərpa olunub".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1103   Tarix: 10 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr