Bakıda ən ucuz evlər BU RAYONDA SATILIR
Hazırda paytaxtın daşınmaz əmlak bazarında ciddi durğunluq müşahidə olunur. Bazarın istər mənzil, istərsə də həyət evləri ilə bağlı seqmentlərində alıcı qıtlığı özünü göstərməkdədir. Realtorlar bu tendensiyanı müxtəlif səbəblərlə izah edir.
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ceyhun Əhmədov bildirib ki, bazarda müşahidə edilən alıcı qıtlığı qiymətlərə də ciddi təsir göstərib:
"Həyət evlərindən danışırıqsa, burada ümumiyyətlə durğunluq hökm sürür. Əvvəllər Bakıya yaxın olan Masazır, Xırdalan, Biləcəri kimi qəsəbələrdə ev tapmaq müşkül məsələ idisə, hazırda situasiya tamam fərqlidir.Satışlar kəskin surətdə azalıb. Bunun isə özlüyündə bir neçə səbəbi var. Əvvəla, yay aylarıdır, ona görə də, alıcılıq qabiliyyəti aşağı düşüb. Bu, ötən illər də belə idi.Lakin başlıca səbəb, artıq bir çox insanın şəhərə yaxın və mərkəzi ərazilərdən mənzil almağa üstünlük verməsidir. Hər kəs iş yerinə, təhsil aldığı universitetə yaxın yerdə yaşamaq istəyir. Nəzərə alsaq ki, paytaxt yollarında tıxaclar gündən-günə intensivləşir, o zaman müştəriləri daha yaxşı başa düşmək olar".
Ekspert hazırda Bakının bəzi yerlərində ev və torpaq qiymətlərinin kəskin surətdə ucuzlaşdığını diqqətə çatdırıb:
"Əvvəllər Bakının Sabunçu, Suraxanı, Binəqədi kimi rayonlarında həyət evləri intensiv formada satılırdı. Lakin hazırda vəziyyət kəskin dəyişib. Bu həm də tətbiq olunan yeni qaydalarla bağlıdır. Artıq heç kim natamam sənədləri olan torpağı alıb ev tikmək istəmir. Çünki tikilən evə kommunal xətlərin çəkilməsi demək olar ki, mümkünsüzdür. Digər tərəfdən, son vaxtlar qanunsuz şəkildə zəbt olunmuş torpaq sahələrində aparılan tikinti işlərinin qarşısı sərt şəkildə alınır.Bu baxımdan paytaxtda yaxın olan rayon və qəsəbələrdə torpaqların və evlərin əvvəlki qiymətlərindən olduqca aşağı təklif olunur. Siyahıya yenə Sabunçu, Suraxanı və Binəqədi rayonları başçılıq edir. Hazırda Abşeronda və Sabunçu rayonunda ucuz evlər tapmaq daha asandır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1021 Tarix: 10 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b
11 sentyabrMetroda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA
Avqustun 15-dən etibarən "Bakı Metropoliteni"nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlə
13 sentyabrAzərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəvi suvarmada hər ton pambığa görə 200 manat, sprinkler və pivot suvarmada 215 manat, damc
13 sentyabrAzərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildiri
13 sentyabrHikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, universitetin Hüquq fakültəsinə 600-dən yuxarı bal toplayara
11 sentyabr2 gün leysan yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında sentyabrın 12-13-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı
12 sentyabr