Ev tikmək istəyənlərə PİS XƏBƏR - Bu tikinti materialları kəskin bahalaşdı

Ev tikmək istəyənlərə PİS XƏBƏR - Bu tikinti materialları kəskin bahalaşdıHazırda tikinti bazarında bir çox materialların qiymətində bahalaşma müşahidə olunur. İlin əvvəlindən fərqli olaraq, qiymət artımı yay dövründə daha çox nəzərə çarpır. Ən çox bahalaşma kosmetik tikinti materiallarında (divar kağızı, müxtəlif boyalar, aqlay və s.) özünü göstərir. Satıcılar bunu müxtəlif səbəblərlə izah edirlər. Bəs görəsən, tikinti materiallarında nəzərə çarpan qiymət artımının başlıca səbəbləri nədir?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, bahalığın səbəbi idxal və istehsal zamanı çəkilən xərclərin artımı ilə bağlıdır:

"Ümumiyyətlə bildiyiniz kimi, hər hansı bir xidmətin yekun qiyməti onun ərsəyə gəlməsində çəkilən xərclərin miqdarından asılıdır. Həmin məhsulun riyalizə edilməsində çəkilən xərclər çoxdursa, deməli yekun qiymət də ona uyğun və müvafiq olaraq yüksək olur. Son dövrlərdə həm daxili, həm də xarici faktorlara əsasən qiymətlərdə oynamalar müşahidə olunur. İstehsal olunan inşaat materialı yerli məhsuldursa, təbii ki, onların hamısının xam malı Azərbaycanda əldə olunmur. Kənardan gətirilir və idxal olunur. İdxal zamanı da qiymətlərdə müəyyən bahalaşmalar müşahidə olunur. Onun daşınmasında, saxlanmasında xeyli xərclər çəkilir". turbo az mercedes

Ekspertin fikrincə, daşınmalar zamanı çəkilən xərclərin qiyməti azalarsa, bu tikinti materiallarının qiymətinə də təsir edər:

"Son vaxtlar məlum olduğu kimi yanacaq qiymətlərində də artım müşahidə olunmağa başladı. Bütün bunlar xaricdən gətirilən materiallara da şamil olunur. Post-pandemiya dönəmində bir çox yeni lisenziyalar, icazələr və yükdaşımalarında qiymət fərqləri meydana çıxdı. Bunların hər biri yekun məhsulun qiymətinə təsir göstərməyə başladı. Çəkilən xərclər yüksəldiyinə görə bu birmənalı şəkildə bütün məhsul siniflərində davam edir. Əgər ölkə daxilində biz buna düzgün şəkildə yanaşsaq, bu qiymətlərdə bahalaşmalar müşahidə olunmayacaq. Məsələn, istər hava, istər quru, istərsə də su yolu ilə daşınmaların qiymətləri ucuzlaşarsa, qiymət artımının qarşısı alına bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1018   Tarix: 11 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr