Hüseyn Abdullayev kimdir? - "Quska" ləqəbli döyüb, döyülən keçmiş deputat

Hüseyn Abdullayev kimdir? - "Quska" ləqəbli döyüb, döyülən keçmiş deputatBu gün həbsdə olan "Quska" ləqəbli sabiq deputat Hüseyn Abdullayevin infarkt keçirməsi barədə məlumat yayılıb. Bəs "Quska" kimdir?

Lent.az "Bioqrafiya" rubrikasında Hüseyn Abdullayev barədə məlumat verir.

- Hüseyn Abdullayev harada və nə zaman anadan olub?

Ətraflı
Hüseyn Abdullayev 1967-ci il mayın 25-də Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində ziyalı ailəsində doğulub.

- Hüseyn Abdullayevin valideynləri kim olub?

Anası uşaq bağçasında, atası müxtəlif idarələrdə rəhbər vəzifələrdə çalışıb. Ailədə 3 uşaq olublar.

- Hüseyn Abdullayev harada təhsil alıb?

İbtidai və orta təhsilini 38 saylı Culfa Şəhər Dəmir Yolu məktəbində alıb. Eyni zamanda Culfa şəhər Musiqi Məktəbində təhsil alıb və hərbi xidmətindən sonra həmin məktəbdə musiqi müəllimi və konsertmeyster vəzifəsində çalışıb. Sonra hüquq fakültəsini bitirib.

- Hüseyn Abdullayevin bəstəkar kimi uğurları var?

Hüseyn Abdullayev

Hüseyn Abdullayev bəstəkar kimi uğurlar əldə edib. Onun mahnıları Zülfiyyə Xanbabayeva, Röya, Şeron qrupu, Aygün Bəylər kimi tanınmışlar tərəfindən ifa edilib.

- Hüseyn Abdullayev bizneslə məşğul olub?

1987-ci ildən daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və xarici ölkələrlə geniş iqtisadi əlaqələri qurub. Ölkənin ilk sahibkarlarından biri sayılır.

1988–1991-ci illərdə ağır blokada şəraitində yaşayan Naxçıvan MR-ə kömək məqsədiylə yaradılmış "Naxçıvan MR-in İnkişaf və Müdafə Fondu"na maliyyə toplayıb.

1990-cı ildən etibarən biznes əhatə dairəsini daha da böyütmək məqsədi ilə Hüseyn Abdullayev Bakıya köçüb.

- Hüseyn Abdullayev siyasətlə məşğul olub?

2000-ci ildən aktiv siyasətlə məşğul olmağa başlayıb. Onun rəhbərliyi altında fəaliyyət göstərən "Oğuz Eli Cəmiyyəti" tələbələrə maddi dəstək olub. Hər halda o belə iddia edir. Mediada Hüseyin Abdullayevin vəzifəsindən sui istifadə etməsi, sadə vətəndaşlara qarşı zor tətbiq etdiyi barədə də məlumatlara rast gəlmək mümkündür.

Heç bir siyasi partiyanı təmsil etməyən Hüseyn Abdullayev 2005-ci ilin parlament seçkilərində namizədliyini irəli sürüb və paytaxt Bakının ən böyük rayonlarından Nizami rayonu 25 saylı seçki dairəsindən deputat seçilib.

Hüseyn Abdullayev

- Hüseyn Abdullayev parlamentdə Fəzail Ağamalı ilə niyə dalaşıb?

2007-ci ildə Hüseyn Abdullayev parlament üzvü olarkən iclaslardan birində hökumətyönümlü Ana Vətən Partiyasından millət vəkili Fəzail Ağamalı ilə mübahisə edib və əlbəyaxa olub, bunun ardınca sonuncunun şikayəti əsasında həbs edilib. Fəzail Ağamalının dediyinə görə, Hüseyn Abdullayev ona söyüb, buna görə o "Quska"ya yumruq vurub.

Ona xuliqanlıq və döymə ittihamları ilə cinayət işi qaldırılıb. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Abdullayev haqda iki aylıq həbs qətimkan tədbiri seçib. Mayın 18-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan Hüseyn Abdullayev azadlığa buraxılıb və deputatlıqdan məhrum edilib.

- Hüseyn Abdullayev nə zaman xaricə köçüb?

2012-ci ildə Hüseyn Abdullayev Almaniyaya mühacirət edib. Son illər o, sosial şəbəkələrdə Azərbaycana qarşı sərt tənqidləri ilə tanınırdı.

- Hüseyn Abdullayevə qarşı hansı ittihamlar irəli sürülüb?

2013-cü ildə Azərbaycanda Hüseyn Abdullayevə vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib.

2016-cı ildə ona qanunsuz sahibkarlıq, 2018-ci ildə dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamları da irəli sürülüb.

2018-ci ilin aprelində sabiq deputat Türkiyədə tutularaq ölkəyə gətirilib.

Hüseyn Abdullayev ümumilikdə 14 maddə, anası Zeynəb xanım isə 3 maddə ilə mühakimə olunurdu. Hüseyn Abdullayev qanunsuz sahibkarlıq, dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirli bilinib. 2019-cu ildə ittiham hökmü çıxarılıb, 6 il müddətinə azadlıqdan məhrum edilib. "Quska" məhkəmədə ağlayıb, göz yaşı töküb.

Hüseyn Abdullayev və anası

2024-cü il aprelin 22-də keçmiş deputat və sahibkar Hüseyn Abdullayevin 6 illik həbs müddəti başa çatıb. Lakin Hüseyn Abdullayev azadlığa buraxılmayıb. Buna səbəb isə azadlığa buraxılmasına 47 gün qalmış ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülməsidir. Hüseyn Abdullayevin cəza müddətinin bitməsinə 47 gün qalmış ona növbəti ittiham elan edilib, o, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında təqsirləndirilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. "Quska"nın məhkəmə işi davam edir. Hazırda Hüseyn Abdullayev həbsdədir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1598   Tarix: 12 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr