Abşeron rayonunda parkın işıqları vətəndaşın elektrik sayğacına qoşuldu

Abşeron rayonunda parkın işıqları vətəndaşın elektrik sayğacına qoşulduŞirkət tərəfindən park ərazisinə 11 işıq dirəyi quraşdırılıb ki, onlardan yalnız ikisi şirkətin elektriki tərəfindən texniki anlaşılmamazlıq səbəbindən vətəndaşın istifadəsində olan sayğacına qoşulub.

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron rayonu Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilib.

Qeyd olunub ki, məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin müvafiq şöbələri tərəfindən dərhal araşdırma aparılıb.

"Məlum olub ki, 2021-ci ildə Xırdalan şəhərinin 27-ci məhəlləsi, 1B binasında baş vermiş partlayış nəticəsində həm yaşayış binası, həm də ərazidə olan fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Verilmiş rəy nəticəsində yaşayış binası təmir olunub, fərdi evlər isə digər əraziyə köçürülməklə yerində abadlıq işlərinin aparılmasına qərar verilib. Bununla əlaqədar olaraq ərazidə Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən dağınıq sahədə parkın salınması ilə bağlı 2024-cü ildə tender elan olunub. Qalib şirkət tərəfindən ərazidə abadlıq, quruculuq işləri aparılıb və park salınaraq vətəndaşların istifadəsinə verilib. Şirkət tərəfindən park ərazisinə 11 işıq dirəyi quraşdırılıb ki, onlardan yalnız ikisi şirkətin elektriki tərəfindən texniki anlaşılmamazlıq səbəbindən vətəndaşın istifadəsində olan elektrik sayğacına qoşulub.

Məsələ ilə əlaqədar olaraq Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən şirkətə məlumat verilib, şirkət də öz növbəsində texniki anlaşılmazlığa görə vətəndaşdan üzrxahlıq edərək bildirib ki, gün ərzində dəymiş ziyan hesablanaraq tam şəkildə vətəndaşa ödəniləcək.

Bundan əlavə bildiririk ki, müraciətimiz əsasında Abşeron Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən elektrik xətti sayğacdan ayrılıb", - deyə açıqlamada bildirilib.
***
Xırdalan sakininin başına iş gəlib.

Bu barədə məlumat baku.ws-in qaynar xəttinə daxil olub.

Şikayətçi iddia edir ki, Xırdalanda icra hakimiyyəti tərəfindən salınan parkın işıqlandırılması 27-ci məhəllə ev 1B mənzil 45 ünvanının sayğacına qoşulub.

Nəticədə də ev sahibi 5 ay ərzində işıq puluna qat-qat artıq pul ödəməli olub:

"Mən adi vaxtlarda ay ərzində işığa 10 manat pul ödəyirdim, lakin son 5 ay ərzində işıq kartımızda pul tez-tez bitirdi. Vəziyyətdən şübhələnsəm də, ağlıma heç nə gəlmirdi. Demək olar ki, hər ay 60-70 manat işıq pulu ödəyirdim. Nəhayət, bu gün "Azərişıq"a müraciət etdikdən sonra sayğaca baxış keçirildi, məlum oldu ki, yaxınlıqdakı parkın işıqlandırılması mənim mənzilimin sayğacına qoşulubmuş. Belə çıxır ki, 5 aydır parkın işıq pulunu mən ödəyirmişəm".

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

[/youtube]


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2375   Tarix: 12 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr