Cənubi Qafqazda mövcudluq şərti: Fransa özünü regiondan necə "sıxışdırır"?

Cənubi Qafqazda mövcudluq şərti: Fransa özünü regiondan necə "sıxışdırır"?Fransa hakimiyyəti artıq uzun müddətdir Cənubi Qafqaz və konkret olaraq, Azərbaycanla bağlı siyasətində qəbuledilməz kurs seçərək bölgədəki yeni reallıqları nəzərə almaq istəmir. Bu isə ikitərəfli münasibətlərdə ziddiyyətlərə, bəzi hallarda isə gərginliyə səbəb olur. Təsadüfi deyil ki, Azərbaycanla Fransa arasında münasibətlər özünün ən aşağı səviyyəsinə məhz indi - prezident Emmanuel Makronun hakimiyyəti dövründə düşüb.

Fransanın Cənubi Qafqaz siyasətinin ifşası Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biridir. Bununla əlaqədar müxtəlif səviyyələrdə verilən bəyanatlar mühüm əhəmiyyət daşıyır. Qərbi Azərbaycan İcmasının (QAİ) avqustun 10-da yaydığı bəyanatda Fransadan irqi ayrı-seçkiliyə əsaslanan siyasətdən əl çəkmək, rasional davranış sərgiləmək və diplomatik normaların minimal tələblərinə əməl etmək tələb olunub.

Qeyd edilib ki, artıq bir neçə ildir Fransa Azərbaycana qarşı qeyri-dost yanaşmasını açıq şəkildə göstərir:

"Təəssüf ki, bu qeyri-rasional yanaşma Fransanın dövlət siyasətinə çevrilib. Bu mənada Fransa rəsmilərinin anti-Azərbaycan bəyanatları və addımları təəccüb doğurmur. Lakin Fransa rəsmilərinin içərisində bəziləri vardır ki, onların davranışları bütün əndazələri aşır. Onlardan biri bu ölkənin Ermənistandakı səfiridir.

Bu şəxs informasiya məkanında tamamilə qeyri-adekvat davranır və diplomatiyanın prinsiplərinə, etiketə və ümumi əxlaq normalarına uyğun olmayan, uşaqcasına hərəkətləri ilə yeri gəldi-gəlmədi, Azərbaycana replikalar atır. Bu şəxsin, ümumiyyətlə, hansı vəzifəni daşıdığını dərk etdiyi şübhə doğurur. Ciddi diplomatik ənənələrə malik böyük dövlət olduğunu iddia edən Fransanın səfiri titulunu daşıyan şəxs özünü marginal, uğursuz erməni radikal millətçisi kimi aparır.

Fransa səfirinin bu davranışı nəinki bu dövlətin keçmiş diplomatik ənənələrindən uzaqlaşdığını, eyni zamanda, bu ölkənin dövlət idarəetməsinin cılız, acınacaqlı duruma düşdüyünü göstərir".

Əvvəla onu deyək ki, Yelisey Sarayının Azərbaycana münasibətdə qeyri-dost siyasəti təsadüfi deyil. Bu, məhz Makron hökumətinin məkrli planlarının təzahürüdür. Məsələ orasındadır ki, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yeni reallıq yaranıb. Yeni şərtlər bölgədə sülh və sabitliyin, həmçinin regional əməkdaşlıq mühitinin təmin olunması zərurətini doğurub. Bu isə Parisin regionla bağlı siyasətinə uyğun deyil. Belə ki, mümkün sülh üçüncü ölkələrin bölgəyə müdaxiləsinin qarşısının alınması deməkdir. Üstəgəl, əgər sülh əldə edilərsə, Qərbin əsas rəqibi olan Rusiya region ölkəsi kimi yenə də istər-istəməz Cənubi Qafqazda mövcudluğunu saxlayacaq. Fransa isə bu halda "ofsayd"da qalacaq. Elə buna görə də Paris regionun ən zəif bəndi olan İrəvan vasitəsilə bölgədə "suları bulandırmağa" çalışır. Fransanın Azərbaycana qarşı qeyri-dost münasibətinin və Ermənistanın "başının altına yastıq qoymasının" arxasında da məhz bu məqam dayanır.

Fransa rəsmiləri Cənubi Qafqazdakı vəziyyətlə əlaqədar zaman-zaman qeyri-adekvat bəyanat verirlər. Belə siyasətçilərdən biri də QAİ-nin bəyanatında göstərildiyi kimi, Fransanın Ermənistandakı səfiri Olivye Dekotinidir. O bu yaxınlarda Qarabağ ermənilərinin öz evlərinə qayıtmaq hüququ haqqında danışıb. Səfirin sözlərinə görə, Qarabağ erməniləri geri qayıtmaq hüququ da daxil olmaqla, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən tanınan hüquqlara malikdirlər. Maraqlı və təəssüfləndirici məqam ondan ibarətdir ki, fransız diplomat azərbaycanlıların öz tarixi torpaqlarına - Zəngəzura, İrəvana, Göyçəyə qayıtmaq hüququ barədə bir kəlmə də deməyib. Halbuki bu hüquqlar eynisəviyyəli məsələ deyil. Başqa sözlə, Qərbi Azərbaycan, yəni indiki Ermənistanın mövcud olduğu ərazilər azərbaycanlıların yaşadıqları tarixi ərazilərdir. Ermənilər isə Qarabağa sonradan köçürülüblər. Digər tərəfdən, öz yurdlarından zorla qovulan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı da beynəlxalq hüquqla tənzimlənir. Rəsmi Paris isə bütün bunları görməzdən gəlməklə, Ermənistanı destruktiv mövqeyə təhrik etməkdən əl çəkmir.

Bu, Dekotininin ilk belə açıqlaması deyil. Diplomat bundan əvvəl də dəfələrlə qeyri-adekvat mövqe ifadələri ilə əslində, Fransanın Azərbaycanla bağlı qərəzli mövqeyini ifşa edib. Məsələn, səfir bundan əvvəl Ermənistanın Qazaxın dörd kəndi ilə Azərbaycana güzəştə getdiyini və indi də buna uyğun olaraq, rəsmi Bakıdan güzəşt gözlənildiyini demişdi. Halbuki məsələ tamam fərqlidir. Güzəştdən danışılırsa, onun Ermənistana şamil edilməsi məsələyə qeyri-ciddi yanaşmadır. Çünki Ermənistan Azərbaycanın ərazilərinin işğalını nə vaxta qədər davam etdirə bilərdi ki? Azərbaycan hərbi əməliyyatların bərpasına məcbur olsaydı, Ermənistan nə edəcəkdi? İkincisi, Azərbaycan onsuz da Ermənistana lazımi qədər güzəşt edir. Əks halda, Bakı qalib tərəf olmasına baxmayaraq, sülh üçün İrəvana dostluq əlini uzatmaz, bu qədər təmkinli davranmazdı.

Belə misalları çox çəkmək olar. Görünən odur ki, Fransa Ermənistan və Cənubi Qafqazla bağlı anormal maraqları naminə mövcud reallığı birmənalı inkar edən yol seçib. Nəticədə Fransa Azərbaycanla ikitərəfli münasibətlərdə gərginliyi artırmaqla, əslində, özünü regionda mövcudluq imkanlarından məhrum edir. Bu isə Makron hakimiyyətinin nə qədər "effektli və kompetent" olduğunun özünəməxsus göstəricisidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 819   Tarix: 12 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr