Universitetlərin illik təhsil haqqı niyə yüksəkdir ? - AÇIQLAMA
Azərbaycan universitetlərində təhsil alan gənclər və valideyinlər illik təhsil haqlarının yüksək olmasından narazıdırlar.
Bəs görəsən Azərbaycanda universitetlərin illik təhsil haqları niyə yüksəkdir?
Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən - Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri bildirib ki, univeristetlərdə illik təhsil haqlarının baha olmasının səbəbi onların özlərini mailiyyələşdirə bilməməsidir:
"Bu gün Azərbaycan universitetləri çox təəssüflər olsun ki, özlərini tələbələrin illik təhsil haqqından başqa mexanizimlə mailiyyələşdirə bilmir. Avropa, Amerika, Uzaq Şərq Yaponiya, Sinqapur, Cənubi Kareya universitetlərinin bir çoxu müəyyən layihələrlə, elm-təhsil-biznes üçbucağının işlək xətti ilə, laborotar imkanlarla, elmi biznes yanaşmasının gətirdiyi dividendlərlə öz büdcəsini çox yaxşı genişləndirə bilir. Bizdə isə universitetlərdə elm biznes xətti, elm və istehsalat əlaqəsi xətti və.s bu kimi detallar demək olar ki, yoxdur. Heç eşitmisinizmi bizim hansısa universitetimiz müəyyən icraat və yaxud da fərdi layihəsi hesabına öz büdcəsini məhz özü formalaşdırsın? Formalaşdırmanı bir kənara qoyaq, öz büdcəsinə özü az da olsa təsir etsin ? Mən eşitməmişəm. Bizdə universitetin baza büdcəsini ödənişli əsaslarla oxuyan tələbələrin illik təhsil haqları formalaşdırır. Bu illik təhsil haqları həmin univrsitetlərdə xərc adlı nə varsa - kommunal xərclər, avadanlıq və struktur alışverişləri, texniki, müəllim və professor heyyətinin əmək haqları, bir sözlə, maddi olan nə varsa, hamısı həmin illik təhsil haqları hesabına ödənilir. Buna görə də universitetlərdə illik təhsil haqları yüksəkdir və bu gedişlə yüksəlməyə davam edəcək".
Qeyd edək ki, Azərbaycanda dövlət universitetlərində illik təhsil haqqı 2000-6500 manat arasında dəyişir. Özəl universitetlərdə isə qiymətlər 4000-5000 manat civarındadır.
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1089 Tarix: 12 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabr