"Evdən işləyən" nazir haqda SENSASİON XƏBƏR - Məmmədyarov Moskva ilə

"Evdən işləyən" nazir haqda SENSASİON XƏBƏR - Məmmədyarov Moskva iləAzərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı dəqiqləşdikdən sonra onun yerinə göndəriləcək namizədlər haqqında müzakirələr davam edir. Bəllidir ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyi təsdiqlənib. Ötən həftəsonu o, qanunlara uyğun olaraq, artıq səfir kimi fəaliyyətini müvəqqəti dayandırıb. Deputat seçiləcəyi təqdirdə isə geri çağırılacaq və onun yerinə yeni təyinat olacaq.

Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən və Rusiya sülhməramlıları ölkəmizi tərk etdikdən sonra Bakı-Moskva münasibətləri siyasi baxımdan stabillik dövrünü yaşayır. Avqustun 6-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə də Prezident İlham Əliyev bir daha iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib. Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib. Prezident deyib ki, ilk növbədə geosiyasi vəziyyətlə bağlı əməkdaşlıq son dərəcə zəruridir.

O səbəbdən Rusiyaya səfir postuna göndəriləcək şəxs iki ölkə arasında münasibətlərin spesifikliyini nəzərə almalıdır. Yəni Rusiyada səfir olmaq asan iş deyil və başqa dövlətlərdən fərqlənir. Çünki həm Rusiyada 3 milyondan çox azərbaycanlının yaşadığını nəzərə almaq lazımdır, həm də regionda gedən proseslər fonunda Bakı-Moskva əlaqələrinin əhəmiyyəti diqqətə alınmalıdır. O baxımdan, namizədlər haqqında müzakirə aparıldığı deyilir.

Bir müddət əvvəl bu strateji posta YAP-ın seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanıb. Bundan başqa, Prezidentin köməkçilərindən birinin də Rusiyaya səfir göndəriləcəyi haqda iddialar dolaşmaqdadır. Etibarlı mənbə "Yeni Müsavat"a Rusiyaya göndərilə biləcək şəxslər arasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da adının hallandığını deyib.

Demokrat.az saytı bu mövzuda intriqanı artıran bir iddia haqda yazıb. Bildirilir ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Rusiyadakı səfiri təyin oluna bilər.

Yada salaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin iyulun 16-da imzaladığı sərəncamla Elmar Məmmədyarov ölkənin xarici siyasət idarəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Sərəncamdan bir gün əvvəl - iyulun 15-də Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev E.Məmmədyarovun fəaliyyətini kəskin tənqid etmişdi. Dövlət başçısının müşavirədə E.Məmmədyarovla bağlı dediklərini bir daha yada salmaqda fayda var: "Ayın 12-də (iyundakı erməni təxribatı nəzərdə tutulur-red) hadisələr baş verəndən sonra biz iş yerindəydik. Mən xarici işlər nazirini tapa bilmədim".

Baş nazir Əli Əsədovun məruzəsində isə bəlli olmuşdu ki, Məmmədyarov evdən işləyir... Bundan əvvəl isə Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində əməliyyat keçirmiş, bir neçə nazirlik rəsmisi həbs edilmişdi...

Ola bilsin, E.Məmmədyarovun belə bir istəyi olsun, onun Rusiya hakimiyyəti, xüsusilə xarici işlər naziri Sergey Lavrovla yaxşı mümasibətləri olduğu sirr deyil. Amma onun yenidən, həm də Rusiyaya səfir kimi strateji posta qayıtması ağlabatan görünmür.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Elmar Məmmədyarov xəbəri təkzib edib.

O, belə bir təklif almadığını bildirib: "Açığı, mənə bununla bağlı heç bir təklif gəlməyib. Təklif gələrsə, ona uyğun da addım ataram. Amma ortada heç nə yoxdur axı. Həm də artıq hörmətli Polad Bülbüloğlunu deputat seçdilər? (Gülür). Mənim Polad müəllimə böyük hörmətim var. Bizim onunla tanışlığımız hətta mən nazir olmadığım illərə təsadüf edir. O, Azərbaycan üçün istər mədəniyyət, istərsə də siyasi baxımdan yaxşı işlər görüb".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyadakı səfir postunun Azərbaycan üçün xüsusi önəmi olduğunu bildirdi: "Polad Bülbüloğlunun millət vəkilliyinə namizəd olması Azərbaycanın Rusiyadakı səfir postuna kimin namizədliyinin irəli sürüləcəyi barədə məsələni aktuallaşdırıb. Polad Bülbüloğlu uzun illər Moskvada çalışdı. Azərbaycan üçün onun üstünlüyü o idi ki, gənclik illərində Rusiyada yaşamışdı. Tanınmış müğənni idi. Onu yaxşı tanıyırdılar. Səfir olduğu dönəmlərdə o, yüksək səviyyədə əlaqələr qura bilmişdi. Ona görə də indi Rusiyaya elə bir şəxs səfir göndərilməlidir ki, Rusiya hakimiyyəti ilə sıx əlaqələr qura bilsin. İndidən hansı namizədin olacağını söyləmək çətindir. Rusiya kimi ölkəyə təcrübəli, peşəkar birisi səfir göndərilməlidir. Belə bir diplomata ehtiyac var. Bunu da bir neçə amillə izah etmək olar. İlk növbədə Azərbaycan-Rusiya əlaqələrini gücləndirmək baxımından bu vacibdir. Digər tərəfdən, bəzən dövlətlərarası münasibətlərdə suallar yaranır. Bu anda çevik olmalıdır. Erməni lobbisinin də gücü olduğu ölkələrdən biri Rusiyadır. Azərbaycan əleyhinə təbliğatlarını heç zaman dayandırmırlar. Bu istiqamətdə Rusiyadakı səfirimiz ölkəmizə qarşı təbliğatın qarşısını almağı bacarmalıdır. İndidən kimin səfir olacağını söyləmək çətin olsa da, bu posta, əlbəttə, son dərəcə peşəkar, hazırcavab və təcrübəli bir diplomatın təyin olunması çox vacibdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 973   Tarix: 13 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr