Bu halda kirayə mənzillər ucuzlaşacaq, UNİVERSİTETLƏR İSƏ... - AÇIQLAMA

Bu halda kirayə mənzillər ucuzlaşacaq, UNİVERSİTETLƏR İSƏ... - AÇIQLAMABildiyimiz kimi, avqust-sentyabr aylarında kiirayə mənzil bazarında ciddi bahalaşma müşahidə olunur. Bunun başlıca səbəbi isə bölgələrdən ali təhsil almaq üçün paytaxta üz tutan tələbələrdir. Həmin tələbələrin əksəriyyəti Bakı ətrafı və digər şəhərlərdə məskunlaşır. Qiymətlərin baha olması isə tələbələrin şəhərin mərkəzində məskunlaşmasına imkan vermir. Bakı ətrafı ərazilərdə yerləşən tələbələr əlavə yol xərclərinə görə ciddi sosial problemlərlə üzləşirlər.

Türkiyədə regionlardan təhsil almaq üçün gələn tələbələrə yurdlar və yataqxanalar tikilir. Vaxtilə sovet dövründə Bakıda tələbələr üçün yataqxanalar inşa edilirdi. Lakin məlum səbəblərdən həmin yataqxanaların əksəriyyəti keçmiş məcburi köçkünlərə verildi. Artıq yataqxanaların istismar müddəti bitdiyi üçün sökülür. Tələbələr üçün yurdlar və yataqxanların tikilməsi kirayə mənzil bazarında enmələrə səbəb ola bilər?

Mövzunu Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, son illər paytaxt Bakı şəhərində və ölkənin digər böyük şəhərlərində daşınmaz əmlakların satış qiymətinin artması ilə bərabər, kirayə mənzil bazarında ciddi qiymət artımı müşahidə olunur:

"Paytaxt Bakı şəhərində kirayə mənzil bazarının böyük hissəsini tələbələr təşkil edir. Mənzillərin kirayə qiymətinin artması tələbələr üçün bir çox problemlər yaradır. Onlar mərkəzə və ali təhsil müəssisələrinə yaxın ərazilərdə mənzil tapmaqdıqlaruna görə məcburən Bakı ətrafı ərazilərə üz tuturlar. Bu isə onların gündəlik olaraq bir neçə saatını yollara sərf etməsinə səbəb olur. Əlavə yol xərcləri isə pul itkisi ilə nəticələnir. Ölkəmizdə 90-ci illərin əvvələrinə qədər demək olar ki, bütün ali təhsil müəssisələrinin, hətta peşə məktəblərinin belə yataqxanaları var idi. Birinci Qarabağ müharibəsindən sonra bizim məcburi köçkünlərimizim bir hissəsi məhz həmin yataqxanalarda yerləşdirildi. Uzun illərdir dövlət tərəfindən məcburi köçkünlər evlə təmin olunur. Bundan əlavə azad olunmuş ərazilərimizdə tikinti və bərpa işləri getdikcə həmin məcburi köçkünlərimiz mərhələli şəkildə öz yurd-yuvalarına göndərilir"

Ekspertin sözlərinə görə, tələbə yataqxanaları yaşayış üçün yararsızdır. Bəzi ərazilərdə həmin yataqxanalar sökülüb. Yalnız yataqxanaların hər birinin böyük torpaq sahəsi var. Bütün bu yataqxanaların hər biri ali təhsil müəssisələrinə ən yaxın məsafədədir:

"Biz həm dünya təcrübəsinə, həm də yerli vəziyyəti nəzər yetirsək, bu gün həmin tələbə yataqxanalarının yerində daha hündürmərtəbəli yataqxanalar inşa etməklə, tələbələrin ev problemini aradan qaldırmış olarıq. Bununla da kirayə mənzil bazarında ciddi boşluqlar yarana bilər və qiymətlərin enməsinə gətirib çıxara bilər. Biz tikinti xərclərinə nəzər salsaq hər il yataqxana binasının tikilərək tələbələrə minimal qiymətə kirayə verilməsi, həmin yataqxananın qısa müddət ərzində, yəni 5-6 il ərzində oraya ödənilmiş bütün xərcin geri dönüşünə səbəb ola bilər. Bundan əlavə həmin yataqxanadan gələn gəlir, ali təhsil müəssisələrinin büdcəsinə illik olaraq böyük məbləğdə vəsait gətirmiş olar. Bu da həmin ali təhsil müəssisələrinin digər xərclərini qarşılaya bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1211   Tarix: 15 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr