Nikahların sayı niyə azalıb ? - AÇIQLAMA

Nikahların sayı niyə azalıb ? - AÇIQLAMABu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22250 nikah və 10430 boşanma halları qeydə alınb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Bəs görəsən nigahların sayı niyə azalıb ?

Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bunun iki əsas səbəbi var:

"Son illərdə boşanma evlənmə nisbətində çox ciddi disbalans var. Boşanmalar 50 faizə çatıb. Bu dünya liderinə çevrilmiş epofaciəvi bir vəziyyətdir. Boşanmalar günü-gündən artarkən evlənmələr də eyni sürətlə azalır. Bunun iki əsas səbəbi var. Birincisi mənəvi, psixoloji dekredasiyadır. Gənclərlə bağlı aparılan təbliğatlar bir neçə istiqamətdədir. Məsələn gənclərə təbliğ olunur ki, qətiyyən evlənməyin, karyera qurun, iş və təhsili ön planda tutun. Bu da çox zərərli təbliğatdır və nəticələrini görürük. Digər bir tərəfdən gənclərə daim əyləncə təbliğ olunur və onların da fikirləri belə formalaşır ki, evlənib ailəyə diqqət göstərmək, pul xərcləməkdənsə bunu özünə sərf etsin. Bu kimi aparılan kütləvi təbliğatlar dəyərləri, düşüncələri çox mənfi istiqamətdə dəyişdirib. Bunun qarşısını heç kəs almır. Nə dövlət nə cəmiyyət buna dur demir. Biz beləliklə milli genofondumuzu, ailə insitutumuzu məhv edirik. Bunun qarşısını almaq üçünsə heç nə eləmirik. Əksinə evlənmələrin azalması üçün hər cür şərait yaradırıq"

O həmçinin bildirib ki ölkədəki işsizlik halı da gəncləri evlənməkdən çəkindirən əsas səbəblərdən biridir:

"Ölkədə iş yerlərinin olmaması, olanların da maaşlarının çox aşağı olması gəncləri evlənməkdən çəkindirir. Bu gün Azərbaycanda gənclərin ən azı 90 faizinin ev almaq imkanı yoxdur. Bizdəki maaşlarla yalnız kirayə pulunu ödəmək mümkündür. Ona görə də evi olmayan, özünü belə çətinliklə dolandıran gəncdən evlənməyi gözləmək olmaz. O heç toy xərcini belə ödəyə bilməz. Bu da sosial problemlərin təsiridir. Bəzi ölkələrdə dövlət ailə quran gənclərə müəyyən bir vəsait verir. Güzəştli ödəmə şərtləri ilə evlər verir, işlə təmin edir. Amma bizdə gənclər üçün heç bir sosial dəstək yoxdur. Bu cür davam etsək vəziyyət ildən ilə daha da pisləşəcək".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1291   Tarix: 15 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr