Türkiyəli deputat: COP Azərbaycanın dünyada nüfuzunu daha da gücləndirəcək
Hazırda bütün ölkələr üçün vacib olan COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) Azərbaycanın dünyada nüfuzunu daha da gücləndirəcək.
Bunu "Report"un Ankara bürosuna açıqlamasında deputat Doğan Bekin deyib.
O bildirib ki, Azərbaycan gündən-günə geostrateji baxımdan çox önəmli bir yer tutaraq dünyada yüksək söz sahibinə çevrilməkdədir:
"Bir neçə ay öncə Bakıda keçirilən Türk dövlətlərinin İqtisadi Forumuna qatılmışdım. Tədbirdə xeyli sayda iştirakçı vardı. Təbii ki, Qarabağ torpaqlarının təkrar Azərbaycana qaytarılması üçün aparılan ədalətli mübarizə və əldə olunan qələbədən sonra bölgədə Azərbaycanın gücü daha çox hiss edilməyə başladı. Azərbaycan bu günə qədər çoxsaylı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Hazırda isə nüfuzunun bu qədər gücləndiyi bir zamanda COP29 kimi tədbiri də öz üzərinə götürməsi ölkənin dünyadakı yerini daha da yüksək səviyyədə bərqərar edir".
D.Bekin Azərbaycanın COP29 kimi ekoloji baxımdan beynəlxalq dərəcədə əhəmiyyətli olan bir tədbirin də öhdəsindən uğurla gələcəyinə inandığını qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Temperatur 10° enəcək - Xəbərdarlıq
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?