Biləsuvarda bir sıra sahələrdə artım qeydə alınıb
Cari il Biləsuvar rayonunda ötən illə müqayisədə nəqliyyat, rabitə və informasiya, həmçinin pərakəndə dövriyyədə artım olub.
"Report"un Muğan bürosunun məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 323,0 min ton yük daşınıb və 2023-cü ilin analoji dövrünə nisbətən 5,5 faiz artım müşahidə olunub. Cari ildə nəqliyyatçılar 4 085,0 min nəfərə və ya 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7,1 faiz çox sərnişinə xidmət göstəriblər.
Həmçinin cari ilin yanvar-iyun aylarında informasiya və rabitə müəssisələri 697,4 min manatlıq xidmət göstərib. 2023-cü ilin analoji dövrü ilə müqayisədə rabitə xidmətlərinin dəyəri müqayisəli qiymətlərlə 37,9 faiz artıb.
Eyni zamanda 2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 186 749,6 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 100,3 faiz təşkil edib. 2024-cü iin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin 12 275,4 min manatını və ya 6,6 faizini hüquqi şəxslərin, 174 474,2 min manatını və ya 93,4 faizini fərdi sahibkarların pərakəndə ticarət dövriyyəsi təşkil edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Temperatur 10° enəcək - Xəbərdarlıq
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?