Ali məktəblərə qəbul ola bilməyən tələbələr niyə xaricə ÜZ TUTURLAR? - VİDEO

Ali məktəblərə qəbul ola bilməyən tələbələr niyə xaricə ÜZ TUTURLAR? - VİDEOQəbul imtahanlarında 27227 abituriyent ali məktəblərə qəbul olmadı. Onların əksəriyyəti universitetə qəbul olmağın başqa yollarını axtarırlar. Kəsişdikləri nöqtə isə eyni olur. Xaricdə təhsil almaq. Bu isə bir çox şirkət üçün göydəndüşmə fürsət olur. İllərdir bazarda olanlar, sonradan bu sahəyə gəlir məqsədilə yanaşanlar bu məqamda ortaya çıxır və diqqətçəkən kampaniyalara start verirlər. Maraqlı təkliflər ilə müştəri gözü ilə abituriyentləri razı salmağı da bacarırlar. Xaricdə təhsil alan abituriyentlər nə qazanıb, nə itirəcəklər?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "ARB Xəbər"in əməkdaşları araşdırma aparıb:

"İmtahanda az bal toplasam da təhsil almaq istəyirəm. Buna görə də şirkətlərə üz tutdum. Ukraynaya gedəcəm. Orada təhsil alacam".

Bu fikirlə xaricə üz tutanlar gedəcəkləri yerdə nə ilə qarşılaşacaqlarını təbii ki, bilmirlər. Bildikləri müəyyən ödəniş qarşılığında seçim etdikləri şirkətlərin bəzəkli cümlələri ilə verdikləri vədlərdir. Məsələn: "Attestatı gətir, ödənişi et, səni elə bir universitetə göndəririk ki, oxuyub gələn kimi diplomun tanınacaq. Ən qəribəsi isə odur ki, bunu həm əyani, həm də qiyabi təhsil üçün şamil edirlər:

"Əgər Rusiya və Ukraynada təhsil alırsınızsa 100 faiz diplomunuz tanınır. Türkiyədə də diplomu tanınan tələbələrimiz var. İlliyi 1880 manat arasındadır. Ofis və xidmət haqqı isə 500 manatdır. Tələb olunanlar isə attestat və qiymət cədvəlidir".

Bəs həqiqətənmi xaricdə təhsil almaq bu qədər asan və əlçatandır. Belə çıxır ki, heç bir imtahan verməyən abituriyent yalnız bir sənəd təqdim etməklə Azərbaycanda qazana bilmədiyi uğuru başqa ölkə də qazanacaq ?

Ətraflı "ARB Xəbər"in süjetində:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 672   Tarix: 26 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr