Belarus prezidenti Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı yubileyi münasibətilə təbrik edib.
Bu barədə Oxu.Az President.gov.by-a istinadən xəbər verir.
"Tərəfinizdən həyata keçirilən çoxşaxəli dövlət və ictimai-siyasi fəaliyyət həmişə insanların rifahına yönəlib. Peşəkarlığınız, təşkilatçılıq istedadınız, tükənməz həyat enerjiniz və cazibəniz Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda layiqincə tanınmağınıza və nüfuz qazanmağınıza zəmin yaradıb. Mən Minsk və Bakı arasında yüksək dərəcədə qarşılıqlı etimad, müxtəlif sahələrdə sıx təmaslar və böyük strateji əhəmiyyətə malik olan tərəfdaşlığın əldə edilmiş səviyyəsini yüksək qiymətləndirirəm", - deyə Aleksandr Lukaşenko vurğulayıb.
Lukaşenko əmin olduğunu bildirib ki, Belarus-Azərbaycan münasibətlərinin bütün kompleksinin qurulması üzrə genişmiqyaslı planların həyata keçirilməsi qardaş xalqların maraqlarına tam cavab verir.
"Sizə, hörmətli Mehriban xanım və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və işinizdə gələcək uğurlar arzulayıram, ailədə sevinc, sevgi və harmoniya əbədi hökm sürsün", - təbrikdə deyilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Temperatur 10° enəcək - Xəbərdarlıq
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?