Xarici vətəndaşlar Azərbaycanda hansı şərtlərlə işləyə bilər ? - AÇIQLAMA
Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər.
Azərbaycan Respublikası vətəndaşlığı olmayan şəxslər ölkəmizdə hansı şərtlərlə işləyə bilər?
Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, əcnəbilərə fərdi icazələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən verilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 52- ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və ya hüquqi bağı olan, qarşılıqlı şəkildə hüquq və vəzifələr daşıyan şəxslər Azərbaycan Respublikasının vətəndaşı hesab olunurlar. Vətəndaşlığı olmayan şəxslərə isə fərdi icazələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. İş icazəsi xarici vətəndaşın konkret bir sahədə işləməsi üçün verilir və bir iş icazəsi ilə əcnəbi işçi yalnız bir müəssisədə işləyə bilər. İş icazəsi 1 il müddətinə verilir və həmin icazənin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. İnzibati Xətalat Məcəlləsinin 578.1-ci maddəsinə əsasən İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, işəgötürən bu barədə 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Məlumatın vaxtında verilməməsinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, şəxsə verilmiş iş icazəsi öz qüvvəsini itirir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir. Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Temperatur 10° enəcək - Xəbərdarlıq
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?