Bələdiyyə sədrinə 2 ildə 3 dəfə hökm oxundu
Bu ilin əvvəlində dələduzluğa görə 3 il azadlıqdan məhrum edilmiş sabiq bələdiyyə sədri indi də külli miqdarda rüşvət ittihamı ilə cəzalandırılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, söhbət Qusar rayonunun Caqar, Çətgün, Kuzun, Laza və Zindanmuruq kəndlərinin ərazilərini əhatə edən Kuzun bələdiyyəsinin sədri olmuş Yaşar Kiçikbəyovdan gedir.
55 yaşlı Kiçikbəyov bu ilin əvvəlində dələduzluq cinayətinə görə mühakimə edilib. Qusar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilib.
Məhkəməsi davam etdiyi müddətdə onun korrupsiya cinayətlərinin də üstü açılıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, Kiçikbəyov bələdiyyə torpaqlarını fermerlərdən və digər şəxslərdən rüşvət alaraq uzunmüddətli icarəyə verib. O, bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşıb, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edib.
Onun işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılıb.
Məhkəmə istintaqı ilə eks-bələdiyyə sədrinin təqsiri sübuta yetirilib. Hökmə əsasən, ona əvvəlki cəzası toplanmaqla 9 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, müttəhim Kiçikbəyov ilk dəfə 2022-ci ildə həbs edilib. Həmin vaxt ona 2 il 6 ay həbs cəzası verilib. Sonrakı hökmlə ümumi cəza müddəti 3 ilə qaldırılıb. Bu, onun iki il ərzində üçüncü hökmüdür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 561 Tarix: 27 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabr