Zərdabda 15 yaşlı qızın ölümünün TƏFƏRRÜATLARI
"Zərdab Rayon Mərkəzi Xəstəxanasında əməliyyatdan sonra dünyasını dəyişən xəstənin hemodinamik göstəriciləri norma daxilində olub".
Sonxeber.az xəbər verir ki, bu məlumat Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Bildirilib ki, 4 sentyabr 2024-cü il tarixində saat 17:00-da 2005-ci il təvəllüdlü şəxs (qadın cinsli) Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
"Diaqnostik və laborator müayinələr aparıldıqdan sonra xəstəyə laparoskopik appendektomiya əməliyyatı icra olunub. Daha sonra xəstə qənaətbəxş vəziyyətdə cərrahiyyə şöbəsinə köçürülüb. Bu zaman onun hemodinamik göstəriciləri norma daxilində olub.
Saat 07:00-da xəstənin vəziyyəti anidən ağırlaşdığından dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiya tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb", - deyə qurumdan bildirilib.
***14:24
Zərdab Rayon Mərkəzi Xəstəxanasında qızın əməliyyatdan sonra dünyasını dəyişməsi ilə bağlı bəzi detallar məlum olub.
Sonxeber.az xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, Aytən Ramil qızı Qarayeva korbağırsaqdan əməliyyat edilib.
"Gecə sancısı tutub, əməliyyata qaldırılıb. Əvvəl hər şey yaxşı olub, narkozdan ayılıb. Sonra qəfildən halı pisləşib və dünyasını dəyişib", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.
***12:46
Zərdabda 15 yaşlı qız vəfat edib.
Sonxeber.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə Zərdab Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Rayonun Qoruqbağı kənd sakininin ötən gün keçirdiyi əməliyyatdan sonra dünyasını dəyişdiyi bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3394 Tarix: 05 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr