"Qurd qapısı" qəbiristanlığında antisanitar VƏZİYYƏT: Məzarların arası zibil dolub

"Qurd qapısı" qəbiristanlığında antisanitar VƏZİYYƏT: Məzarların arası zibil dolub"Yasamal rayonunda yerləşən "Qurd qapısı" qəbiristanlığında antisanitar vəziyyət hökm sürür. Məzarların arası zir-zibil, qurumuş ağac buqadları, su şüşələri və digər tullantılarla doludur. Natəmizlikdən addım atmaq mümkün deyil".

Bu şikayətlə "Qafqazinfo"ya Bakı sakini Rəna Abbasova müraciət edib.

O iddia edir ki, bir çox hallarda vətəndaşlar ziyarət etdikləri məzarları təmizləyib digər məzarların ətrafına tökürlər, qəbiristanlığı yığışdıran, təmizliyə nəzarət edən yoxdur:

"Qəbiristanlığın dərə hissəsi təzədir deyə bir az nəzarət var. Amma köhnə hissəsi biabırçı vəziyyətdədir. Ziyarətə gələnlərin hərəsi öz yaxınının qəbrinin üstünü təmizləyir. Həmçinin ərazidə işləyən fəhlələr məzarları təmir etdikdən sonra əlcəkləri, işlətdikləri ləvazimatları ətrafa tullayaraq zibilləyirlər. Biz ancaq öz yaxınımızın məzarının üstünü təmizləyirik, bütün qəbiristanlığı təmizləyə bilmərik ki... İllərdir, bu problemə çarə tapan yoxdur".

Problemlə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, sözügedən ərazi vaxtlı-vaxtında təmizlənir:

"Ora təxminən 312 hektar ərazidir və əməkdaşlarımız tərəfindən gündəlik təmizlənir. Zibilləri komalayıb bir yerə yığırlar ki, həftədə 2 dəfə maşınla daşısınlar. Hazırda da həmin ərazi tullantılardan təmizlənib, zibillər daşınıb".

Trestdən əlavə olaraq deyilib ki, məzarlığa ziyarətə gələn şəxslər və ya yaxınlarının məzarında təmir işləri aparanlar bir çox hallarda zibilləri digər məzarlara və yola tökürlər:

"Vətəndaşlara tövsiyə edərdik ki, öz tullantılarını digər məzarların ətrafına deyil, tullantı yerinə töksünlər. Belə olsa, məzarlıq təmiz qalar, hər kəs rahatlıqla gəlib yaxınlarını ziyarət edə bilər".

Qurum, həmçinin məzarlıqda təmizlik işlərinin aparıldığını əks etdirən görüntüləri göndərib:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 952   Tarix: 06 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr