Abşeron İH Məhəmməd Füzulini qurdlamış zibil torbaları altında "basdırıb" - Rəzalət
Masazırda Məhəmməd Füzuli küçəsinin (Əlağa Vahiddən ayrılan küçə) sakinləri tullantılarını zibil qutuları olmadığı üçün küçədəki kommunikasiya dirəklərindən asmağa məcburdurlar.
Bu barədə Qaynarinfo-nun Baş redaktoru Pərviz Cəbrayıl məlumat verib. O bildirib ki, Abşeron Rayon İcra Hakimiyyəti sözügedən ünvanda əsil "poeziya nümunəsi" yaradıb:
"Baxdıqca adamda bədii təxəyyül fontan vurur. Burda qara-boz internet dirəkləri qara günlü adamlara oxşayır. Birinci baxışda adama elə gəlir ki, küçə boyu bu qara adamlar sıralanıb bazardan gəlir, əllərində də dolu ərzaq paketləri. Sevinirsən ki, qaragünlü insanlarımız belə bolluq içində yaşayır. Əslində isə küçəboyu görünən bu paketlər zibil paketləridir və bəzən həftələrlə yığışdırılmamış qalır. İy, üfunət aləmi bürüyür, zibildə yaranan ağ qurdlar qaynayır, pöhrə verir, milçək əlindən qapını aça bilmirsən, hələ yaraları qurd basmış küçə itləri, sahibsiz pişiklər bu paketləri parçalayıb yola dağıdanda görəsən! Evinə gələn qonaqlara da yolu zibilliklə nişan verirsən! Bəs nə! O qədər gözə girirlər ki, "Filanıncı zibil dirəyindən sağa burularsan", - deyirsən, rahatca tapırlar. Görünür İcra Hakimiyyəti elə bunu da əsas götürüb rayon sakinlərinə necə gözəl xidmət etdiyini düşünür, arxayın olur".
Pərviz Cəbrayılın sözlərinə görə, iki ayın başında bələdiyyədən gəlib zibil daşınma pulu istənilir:
"Pulu yığmaq üçün də həmin gün zibil maşını gəlir, sonra növbəti pula qədər yoxa çıxır. Hazırda küçə başdan-başa şəkillərdə göründüyü kimidir. Küçədə bir dənə zibil qutusu yoxdur. Bələdiyyə də deyir ki, İcra Hakimiyyəti maşın ayırmır, neynəyək? Zibil daşınmır, antisanitariya meydan sulayır, yollar bərbad gündə. Görəsən İH başqa nə işlə məşğul olur? Yazıq Füzuli, nə sağlığında bir gün gördü, nə öləndən sonra görür".
Məsələ ilə əlaqədar Masazır bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədrinin müavini Elşad Sadıqov Qaynarinfo-ya açıqlamasında məişət tullantılarının vaxtlı-vaxtında yığılıb daşındığını bildirib:
"Biz bilmirik ki, sakinlər zibillərini niyə dirəklərdən asırlar? Belə hallar nadir olur. Məişət tullantıları yığılan zaman ərazidə birdən texnika sınır, bu zaman interval pozulur. Belə hallarda həmin vaxt yaranır. Əraziyə baxan sahə rəisimiz var, indi onlara bildirəcəyəm, problem aradan qaldırılacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1480 Tarix: 06 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr