Əsgər durduğu yerdə özünü niyə ÖLDÜRSÜN? - AÇIQLAMA

Əsgər durduğu yerdə özünü niyə ÖLDÜRSÜN? - AÇIQLAMAMüdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Vəli Asəf oğlu odlu Abbasov silahdan istifadə etməklə özünü öldürüb. Bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib. Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Artıq müharibə olmadığı halda əsgərlər ya intihar edir, ya da silahdan ehtiyatsız davranmaqla özünü öldürür. Əsgərlərin silahdan ehtiyatsız davranma və intihar səbəbləri nə ilə bağlıdır? Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Sonxeber.az-a açıqlama verib:

"Məsələ Müdafiə Nazirliyinin aidiyyəti qurumları ilə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən birgə araşdırılır. Bu cür hadisələr ilə bağlı cinayət işi qaldırılır və hər tərəfli hüquqi qiymət verilir. Hesab edirəm ki, məsələ tam detallı araşdırılacaq. İnsan həyatında və hərbidə bu cür hallar baş verir. Hərbi xidmətdə bu halların baş verməsi qaçınılmazdır. İstənilən bir sahədə səhvlər olur. Dünyanın ən ideal ordularında belə bu kimi hallara rast gəlinir".

Hərbi ekspert Tərlan Eyvazovun sözlərinə görə, silahla davranış qaydaları ciddi məsələdir. İstənilən halda əlində silah olan adam təlimatlara diqqət yetirməlidir:

"Silahın götürülməsi, təhvil verilməsi və yerinə qoyulması, istifadə qaydalarına düzgün riayət edilərsə, belə bədbəxt hadisələrin qarşısı alınar. Orduda sayca Müdafiə Nazirliyinin şəxsi heyəti daha çoxdur. Ümumiyətlə orduya 18 yaşı tamam olan və silahla davranmağı bacarmayan çağırışçılar gəlir. Onlar ilə bağlı xüsusi təlimatlar var. 3 ay ərzində həmin çağırışçılar ilə təlimlər keçilir. Təzə gələn çağırışçılar qarovul xidmətinə, nə də silahla istifadə olunan təlimlərə cəlb edilmirlər. Onlara digər idman və silahdan istifadə qaydaları öyrədilir. Burada konkret olaraq silahdan istifadə qaydaları konkret olaraq pozulub. Əsgər özünü öldürürsə bu intihardır. Amma təsadüf nəticəsində silahdan düzgün istifadə edilmədikdə bu hallar baş verir. Komandirlərin, çağırışçıları çağırışa cəlb edən qurumların üzərinə ciddi məsuliyyət düşür".

Qeyd edək ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3154   Tarix: 06 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr