Azərbaycanda toyuq əti niyə BAHALAŞIB? - AÇIQLAMA
Son günlər ölkədə toyuq əti kəskin bahalaşıb. Belə ki, əvvəllər 5-6 manata satılan toyuqlar, indi marketlərdə 8-10 manata satılır. Bəs görəsən toyuq ətinin bahalaşmasına səbəb nədir ?
Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, buna səbəb xaricdən idxal edilən yemlərin bahalaşmasıdır:
"Azərbaycan quşçuluq məhsulları ilə bazarın 75 faizini özü təmin edir. Buna baxmayaraq quşçuluq məhsullarının qiymətinin formalaşmasına xaricdən idxal edilən quş yeminin bahalaşması da təsir edir. Yem xərclərinin artması və buna görə xaricdən asılılıq quşçuluq müəissiələrinin dəyər zəncirinin ölkədə formalaşmasını əngəlləyir. Quşçuluq məhsullarını bazara çıxaran müəissiələr həm də ciddi idxalla mübarizə aparır. Xüsusən, Rusiyadan, Ukraynadan, Türkiyədən, MDB ölkələrindən gələn quşçuluq məhsulları qiymətlərin formalaşmasına təsir göstərir. Ukraynada baş verən müharibə ucuz quş ətinin Azərbaycan bazarına girişini məhdudlaşdırıb. Bu da quşçuluq məhsullarının əvvəlki illərə nisbətən bahalaşmasına gətirib çıxarıb".
O həmçinin iri və xırdabuynuzlu heyvanların ətinin bahalaşmasının da toyuq ətinin qiymətinə təsir etdiyini bildirib:
"Bundan başqa qoyun və mal ətinin də davamlı şəkildə bahalaşması quşçuluq məhsullarının qiymətinə təsir göstərir. Çünki quşçuluq məhsulları adətən əvəzedici məhsul hesab olunur. Yəni vətəndaşlar ət seçimi edəndə zülala olan tələbatlarını ödəmək üçün qırmızı ət yerinə bəzən toyuq əti seçirlər. Bu baxımdan qırmızı ətin bahalaşması quş ətinin bahalaşması üçün də şərait yaradır. Quşçuluq müəissiələri öz qiymət siyasətini formalaşdıranda mal ətinin də, qoyun ətinin də qiymətini nəzrə alırlar. Ət bazarında bahalaşma quşçuluq məhsullarının da bahalaşmasına təsir göstərən amildir. Yaxın günlərdə biz ət məhsullarının epizodik olaraq ucuzlaşmasını müşahidə edə bilərik. Amma ümumi şəkildə ət məhsullarının bundan sonra daha da bahalaşacağı gözlənilir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1521 Tarix: 06 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr