Cəbrayıl Xanlarov Abşeronda səs-küyə səbəb olub:"Keyfiyyətsiz binalara istifadə icazəsi verir"
"Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov son iki ildə Abşeronda sözün həqiqi mənasında "beton cəhənnəmi" yaradıb".
Bu sözlər Abeşron sakini Sabir Məmmədov tərəfindən redaksiyamıza ünvanladığı məktubdandır.
Onun sözlərinə görə, sözügedən məmur Abşeron rayonunu özü boyda tikinti meydançasına çevirib. "Mərtəbə və mənzil sayından asılı olaraq, hər bina üçün iş adamlarından 200-600 min manat məbləğində rüşvət alan bu şəxs, tikintidə təhlükəsizlik məsələsinə də ancaq dollar prizmasından yanaşır. Yəni tikinti üçün Cəbrayıl Xanlarovun cibini dolduran şəxs bununla tikintidə təhlükəsizlik problemini də həll etmiş olur. Əmin olur ki, daha onun inşa etdiyi binanın təhlükəsizlik şərtlərinə nə dərəcədə cavab verdiyini kimsə araşdırmayacaq".
Sabir Məmmədovun iddiasına görə, Cəbrayıl Xanlarovun pula olan sevgisi sayəsində Masazır və Xırdalanda bir-birindən keyfiyyətsiz binaların sayı sürətlə artır. "Tikinti normalarına cavab verməyən bu binalar Abşeronun görüntüsünə xələl gətirməklə yanaşı, vətəndaşların həyatı üçün də real təhlükə yaradır".
Abşeron sakini məktubunda qeyd edir ki, Cəbrayıl Xanlarov öz hərəkətlərini FHN başçısı Kəmaləddin Heydərovun adından istifadə etməklə əsaslandırır. "O, tikinti icazələrinin məhz fövqəlnazir tərəfindən verildiyini bildirərək, qiymətlərin də məhz onun tərəfindən müəyyən edildiyini vurğulayır. Cəbrayıl Xanlarov bu yolla istənilən tikinti icazəsinin vaxtını aylarla uzada, bu yolla qiyməti bir neçə dəfə artıra bilir ki, bu da agentlik rəisinə böyük vəsaitlər qazandırır. Bununla da nazir Kəmaləddin Heydərovun adını da işin içinə qatır".
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
P.S. Yazıda qeyd edilən fikirlərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Həmin fikirlərə görə, redaksiya məsuliyyət daşımır.(tribunainfo.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1455 Tarix: 07 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr