Maaş və pensiya artımı ilə bağlı şad xəbər

Maaş və pensiya artımı ilə bağlı şad xəbərİlin sonuna 3 aydan bir qədər artıq vaxt qaldığı üçün pensiya və maaşların artması məsələsi yenidən gündəmə gəlib. Vətəndaşlar artımların ilin sonunda baş verəcəyinə ümid edirlər.

Sonxeber.az xəbər verir ki, iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov Globalinfo.az-a açıqlamasında cari ilin sonuna yaxın maaş və pensiyaların artımı ilə bağlı müvafiq qərarların gözlənildiyini deyib.

"Məlumdur ki, əməkhaqqı fondunun artımına, bu fonddakı dəyişikliklərə stimul verən əsas istiqamətlərdən biri də minimum əməkhaqqının artması ilə bağlıdır. Həmin seqment üzrə qərarlar isə prezidentin sərəncamı əsasında qəbul olunur. Minimum əməkhaqqının artımı, şübhəsiz ki, bütövlükdə ölkə üzrə əməkhaqlarına təsirlərini göstərir".

İqtisadçının fikrincə, ilin sonunda minimum əməkhaqqı 400 manat ola bilər:

"Pensiya artımı ilə bağlı prosedur isə ondan ibarətdir ki, il ərzində rəsmi statistik məlumatlara görə, inflyasiyanın göstəricilərinə uyğun hər il pensiyalarda indeksləşmə həyata keçilir. Ona görə düşünürəm ki, pensiya artımını gələn ilin əvvəllərində görmək mümkün olacaq. O artımlar isə bu ilin inflyasiya göstəricilərinə uyğun həyata keçiriləcək".

Elşad Məmmədov deyib ki, ölkədə son illər sosial artımlar edilir:

"Sosial müdafiə sistemindəki şəffaflığın, effektiv idarəetmənin tətbiqi nəticəsində bu istiqamətlər üzrə mütərəqqi yanaşmalar qeydə alınır. Bunlara əsaslanaraq, ilin sonunda müvafiq artımları gözləmək olar. Sözsüz ki, bu həm əhalinin sosial rifahının möhkəmlənməsinə, həm də iqtisadiyyatın müvafiq təkan almasına xidmət edir. Çünki sosial sahədəki artımlar əhalinin alıcılıq qabiliyyətinin qorunmasına, inkişaf etdirilməsinə xidmət edir ki, bu da öz növbəsində iqtisadiyyata təkan verir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4684   Tarix: 07 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021