Azərbaycandan xaricə uçuşların sayı 20 % artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 38 ölkəyə 17 769 aviareys təşkil olunub.
"Report" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (18,7 %) və 2 546 aviareys (20,4 %) çoxdur.
Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 5 134 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 12,9 % çoxdur.
8 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 4 004 reys olub ki, bu da illik müqayisədə 5,5 % çoxdur.
İlk üçlüyə 2 034 reyslə (+31 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 353 (+ 33,1 %), Səudiyyə Ərəbistanı 617 (- 4,6 %) , Qazaxıstan 557 ( - 5,8 %), Hindistan 435 ( + 5,6 dəfə) , Qətər 399 (+ 64,1 %), Küveyt 297 (+ 24,7 %) və Özbəkistan 287 ( - 33,5 %) daxil olub.
Bu siyahıya bu il Hindistan daxil olaraq aviareyslərin sayına görə 7-ci yerdə qərarlaşıb, İsrail (279 aviareys, + 18,2 %) isə 11-ci yerə düşüb.
Təkcə avqust ayında isə Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 19 % artaraq 2 841 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 792 reys təşkil olunub ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 21,1 % çoxdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 903 Tarix: 07 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabr