Siqaret istehsalı və siqaret çəkənlər artıb – "İlk 3 gün siqareti tərgitmək çox çətin olur" - VİDEO
Tütün alışqanlığından həyatını itirənlər sırasında Çin liderdir. ÜST-ün hesabatına görə, bu ölkədə hər il 1.8 milyondan çox insan tütündən həyatını itirir. 2030-cu ilə qədər bu rəqəmin 2.2 milyona çatacağı ehtimal edilir.
İqtisadçıların fikrincə dünyada 1 milyarddan çox siqaret çəkən insanların 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır. Müstəqil səhiyyə təşkilatlarının fikrincə dünyada hər il 7 milyondan çox insan siqaret çəkmə nəticəsində yaranan xəstəliklər səbəbi ilə həyatını itirir. Həmin 7 milyondan çox insan 10 faizi təkcə siqaret çəkənlər deyil. Passiv tütün çəkən- yəni ətraf mühitə yayılan tütün tüstüsü ilə nəfəs alan insanlardır.
Ölkəmizdə tütün istifadəçiləri, xüsusilə siqaret çəkənlər çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə bu il 6 milyarddan çox siqaret istehsal olunub. Həkimlər və ekspertlər siqaret istehlakı ilə bağlı artan rəqəmlərin fonunda cəmiyyətdə sağlamlıqla problemlərin artdığını bildirirlər. Hətta bəziləri siqareti tərgitməyin insanlarda psixoloji problemlər yaratdığını deyir.
Sonxeber.az xəbər verir ki mövzu ilə bağlı Apa TV-nin əməkdaşları araşdırma aparıb:
" Siqaret asılılığı dedikdə 2 cür asılılıq yada düşür. Biri siqaretin tərkibində olan nikotindən asılılıqdır. Buna fizioloji asılılıq da deyə bilərik. Digər isə psixoloji asılılıqdır. Siqareti sadəcə olaraq tərgit deməklə olmur. İnsanlari bunun ziyanları ilə bağlı detallı məlumatlandırmaq lazımdır. Siqareti atdıqdan sonra bir neçə saat ərzində damarlara onun təsiri azalır. Qan-damar dolaşımı normallaşır. 3-5 gün sonra tənəffüs sistemində rahatlaşma olur".
Ətraflı Apa TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Temperatur 10° enəcək - Xəbərdarlıq
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər