3 övladı olan ailələrə hər uşağa görə ən azı 100 manat məbləğində sosial müavinət VERİLSİN- TƏKLİF

3 övladı olan ailələrə hər uşağa görə ən azı 100 manat məbləğində sosial müavinət VERİLSİN- TƏKLİFDünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələrin 1 uşaqlı sistemə keçməsi arıtq bir çox sosioloqları dərindən narahat edir və bununla bağlı ciddi xəbərdarlıq edirlər. Dövlət çoxuşaqlı ailələrə sosial dəstək üçün bir sıra yardımlar və imtiyazlar hazırlamalıdır. Həmin ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi ölkəmizin inkişafı deməkdir.

Bəs Azərbaycanda çoxuşaqlı ailələrə yardım məqsədilə hər uşağa görə 100 manat məbləğində sosial müavinət verilə bilərmi? Mövzunu Sonxeber.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, bu gün ölkəmizdə çoxuşaqlı ailə modeli təbliğ olunmalı və onlara ayrıca sosial müavinət təyin edilməlidir?

"Mən uzun illərdir ki, həmişə üç uşaqlı ailə modelini təbliğ etmişəm. Ailədə bir yaxud iki uşaq olanda ölkədə əhali azalır. Fakt odur ki, bu gün ailələr bir yaxud iki uşağa üstünlük verirlər. Hələ bizdə boşanmaların sayı çoxdur və dünya liderliyindəyik. Ailədə üç uşaq olanda ölkədə əhali artımı normal olur. Dövlət bununla bağlı addımlar atmalıdır. İlk növbədə üç uşağı olan ailələrə ayrıca sosial müavinət verilməlidir. 4-5 uşağı olan ailələrin isə təbliğatını aparmalıyıq".

Sosioloq bildirib ki, uşaqların sayı onların yetişdirilmə tərzinə təsir etməməlidir:

"Ən azından çoxuşaqlı ailələrə hər uşağa görə ən azı 100 manat məbləğində yardımlar edilməlidir. 4-5 uşağı olan ailələrə mükafat və fəxri adlar verilə bilər. Bu gün dövlətimiz həmin ailələrə maddi və mənəvi dəstək göstərməklə yanında olmalıdır. Bu gün çoxuşaqlı modeli təbliğ olunmasa, yardımlar və müavinətlər verilməsə əhali arasında qocalma sürətlənəcək. Əhalinin sayının azalması isə demoqrafik vəziyyətin pozulmasına gətirib çıxaracaq. Bir sosioloq kimi məsləhət görürəm ki, bu məsələ daim diqqət mərkəzində saxlanılsın. Eyni zamanda yeni ailə quran cütlüklərə dövlət dəstəyinin edilməsinə ehtiyac var".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4368   Tarix: 09 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr