"Stresədavamlı işçi axtarılır" - Bu, qanuni tələbdirmi?
Son dövrlərdə bir sıra iş elanlarında "stresədavamlılıq" tələbinə rast gəlinir. Bu tələbin əks olunduğu iş elanlarının sayı günü-gündən artmaqdadır.
İşəgötürənin bu tələbi qanunidirmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, bəzi iş yerlərində belə tələbin qoyulması qanunidir:
"Dövlət qulluğuna qəbul zamanı müsahibə mərhələsində də işçinin dövlət qulluğuna zəruri olan tələblərə cavab verməsində emosionallıq xüsusiyyəti dəyərləndirilir. Elə iş və xidmət yerləri var ki, bu tələbin qoyulması qanunauyğundur. Lakin bütün bunlar qanunvericiliklə tənzimlənməlidir. Dövlət qulluğunda bu məsələlər tənzimlənir. Özəl müəssisələr də işlə bağlı əlavə tələblər qoya bilər. Amma bu, qanunvericiliyə zidd olmur. Ola bilsin ki, xidmət müəssisəsidir, ortada gərgin iş var. Bankları misal çəkmək olar. Mən özüm neçə dəfə bankda dava salmışam. Görürəm ki, dava salırsan, qarşındakılar dillənmirlər. Kimsə özünü idarə edə bilməsə, sənə qoşulub dava edəcək. Bu da bankın işinə zərər gətirəcək. Əslində, stresədavamlılıq xidmət sahələrində, vətəndaşlarla təmas olan yerlərdə zəruridir".
Sahib Məmmədov Nazirlər Kabinetinin mövzu ilə əlaqədar qərar qəbul etməli olduğunu düşünür:
"Belə məsələlərdə zərurət varsa, Nazirlər Kabineti qaydalar müəyyənləşdirməlidir. Stresədavamlılıq, fizioloji tələblər hansı iş yerlərində şərt qoyula bilərsə, müəyyən edilə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?