Sumqayıt-Bakı qatarında texniki nasazlıq yaranıb?
"Sumqayıt-Bakı qatarının 28 dəqiqə gecikməsinə səbəb qapıların bağlanmaması olub".
Bu açıqlamanı Oxu.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Sənubər Nəzərova deyib.
"Qatarda hər hansı nasazlıq olmayıb. Qatarlar xəttə çıxmadan əvvəl mütləq qaydada texniki baxışdan keçirilir.
Səhər saatlarında sərnişinlərdən biri qapının bağlanmasına maneə yaratdığı üçün qatar dayanmalı olub. Çünki, təhlükəsizlik baxımından qapılar kip örtülmədiyi halda qatar hərəkət edə bilməz", - deyə S. Nəzərova qeyd edib.
08:42
Texniki nasazlıq qeydə alınan Sumqayıt-Bakı qatarı 28 dəqiqə gecikmə ilə son stansiyasına çatıb.
Oxu.Az-ın məlumatına görə, qatar 08:35-də Bakı Dəmiryol Stansiyasında dayanıb.
08:16
Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn elektrik qatarında texniki nasazlıq qeydə alınıb.
Oxu.Az xəbər verir ki, saat 07:15-də Sumqayıt Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar 08:07-də son ünvana çatmalı idi.
Lakin qatar 07:44-də Zabrat-2 stansiyasında ləngiyib. Bələdçi sərnişinlərə qatarda texniki nasazlığın olduğunu bildirib.
Sərnişinlərdən saytımıza verilən məlumata görə, qatar hələ də Bakı Dəmiryol Stansiyasına çatmayıb.
Onlar bildiriblər ki, qatarın vaqonlarından birinin qapıları açılmayıb, bu da sərnişinlərin qatara minib düşməsində çətinliklərə və vaxt itkisinə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?