AYNA rəhbəri üçün sonun başlanğıcı
Bir müddətdir ki, paytaxtın müxtəlif küçə və prospektlərində təmir işləri həyata keçirilir. Bu gün demək olar ki, Bakının hər bir nöqtəsində bu prosesə rast gəlmək olur. Ancaq təəssüfedici məqam ondan ibarətdir ki, küçə və prospektlərdə təmir işlərində əlaqədar qurumlar koordinasiyalı şəkildə işləmirlər. Necə ki, Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında olduğu kimi.
Newscenter.az-ın xəbərinə görə, sözügedən yolda təmir işləri iyul ayının ortalarında başa çatsa da, lakin aradan keçən 2 aya yaxın müddətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sözügedən ünvanda nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarına uyğun hərəkətini təmin etmək üçün nişanlama, yaxud heç bir xətləmə işləri aparmayıb. Saytımıza daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün Ağdam rayonuna səfəri zamanı Yeni Salyan yolu 22 ünvanında yol nişanları və yol hərəkəti qaydalarına uyğun xətləmə işlərinin aparılmamasından narahatçılığını ifadə edib. Bunun nəticəsidir ki, AYNA dünən gecə saatlarında sözügedən ünvanda tələm-tələsik xətləmə və nişanlama işləri həyata keçirib.
Saytımıza daxil olan məlumata görə, həm bu, həm də Formula-1 yarışları günlərində AYNA-nın yarıtmaz fəaliyyəti, ictimai nəqliyyatda mövcud olan nizamsızlıq sözügedən nazirliyin rəhbərliyinə qarşı mənfi münasibətin formalaşmasına səbəb olub. Elə bu səbəbdən AYNA rəhbəri Anar Rzayevin yaxın günlərdə vəzifədən azad ediləcəyi bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?