Üç kollecə direktor təyin edildi
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Neymət Rüstəmli Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə, Xatirə Məlikova isə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə, Elşad Əhmədov isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) nəzdində İncəsənət Kollecinə direktor vəzifəsinə təyin edilib.
Bu barədə Sonxeber.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Neymət Rüstəmli bakalavriat təhsilini Sumqayıt Dövlət Universitetində alıb, magistratura səviyyəsini isə "ADA" Universitetində "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə bitirib. 2011-2019-cu illərdə Ağdam rayon 91 saylı köçkün tam orta məktəbi və I Sarıcalı kənd tam orta məktəbində müəllim kimi çalışıb. O, bu təyinatadək Ağdam rayon 91 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib. N. Rüstəmli I Yüksəliş müsabiqəsinin yarımfilançısıdır.
Xatirə Məlikova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dillər Universitetində təhsil alıb. Hazırda "ADA" Universitetində "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə magistratura səviyyəsində təhsil alır. O, 2009-2022-ci illərdə İsmayıllı rayon Tircan kənd tam orta məktəbində müəllim kimi çalışıb. X.Məlikova 2022-ci ildən bu təyinatadək Şamaxı rayon E.Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbin direktoru vəzifəsini icra edib.
Elşad Əhmədov 2012-ci ildə "Rəngkarlıq" ixtisası üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) bakalavriat təhsili alıb. Daha sonra 2012-2018-ci illərdə İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında "Dəzgah rəngkarlığı" ixtisası üzrə təhsil alıb. 2023-cü ildən etibarən ADRA-da rəsm müəllimi kimi çalışır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?