3 saylı Uşaq Evində uşağın ayağını QIRDILAR: Rəhbərliyi və müəllimləri HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi. Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evində müəllimə uşağın ayağını qırıb. Bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişininə müraciət edən və 3 saylı Uşaq Evində böyüyən 13 yaşlı Ramal bildirib. Onun sözlərinə görə, 3 saylı Uşaq Evində uşaqları döyürlər. Müəllimə isə tərbiyəçiyə deyib ki, Elvin adlı uşağın ayağın sındırın. Müəllimlər uşaqları cəzalandırmaq üçün onları ikinci mərtəbədəki pencərədən aşağı atırdılar. Uşaqlar hər gün söyür, ana-atalarını təhqir edirdilər.
Yeniyetmənin səsləndirdiyi iddialarla bağlı araşdırmalara başlanılıb. Bəs uşağın iddiaları sübuta yetirildiyi təqdirdə 3 saylı Uşaq Evinin rəhbərliyini və müəllimlərini hansı cəza gözləyir? Mövzu ilə bağlı Sonxeber.az-a danışan vəkil Emil Aslanovun sözlərinə görə, xəsarətin dərəcəsi tibbi ekspertiza tərəfindən müəyyən edilməlidir:
İlk növbədə, Elvin adlı şəxsə yüngül, az ağır və ya ağır xəsarət yetirilibsə hər birinə uyğun olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsində yüngül zərər vurma, 127-ci maddə az ağır zərər vurma, 126-cı maddə isə sağlam adama qəsdən ağır zərər vurma maddələrinə uyğun olaraq cinayət işi qaldırıla bilər. Bundan əlavə uşaqlar orada döyülməyə və işgəncəyə məruz qalırsa, burada Cinayət Məcəlləsinin 133-cü maddəsinin tərkib əlamətləri var. 133-cü maddənin əzab vermə maddəsində şəxslər 2 ilə qədər islah işləri, 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməl bir qrup şəxslər tərəfindən törədilibsə, buarada artıq 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Qeyd edək ki, yetkinlik yaşına çatmayan şəxs polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən digər sığınacağa yerləşdirilib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?