Nazir xanım idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mühasibat Uçot İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Sonxeber.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin əmri ilə hərbi polkovnik Flora Niftiyeva Qəzənfər qızı Maliyyə İqtisadiyyat Baş İdarəsinin Mühasibat Uçot İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Əldə etdiyimiz məlumata görə, FHN-nin nəzarət təftiş komissiyasının rəisi, "Tuz Qəşəm" ləqəbli ilə tanınan Qəşəm Məmmədovun sözügedən idarədə keçirdiyi yoxlamadan sonra idarənin rəisi vəzifəsindən azad olunub.
Flora Niftiyeva vəzifəsindən azad edilməsi ilə bağlı məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xanım polkovnik bildirib ki, vəzifəsindən yoxlamaya görə deyil, son yaş həddi ilə əlaqədar azad edilib:
"Mən 4 il əvvəl səhəttimlə bağlı rəhbərliyə (Nazir Kəmaləddin Heydərov-red.) müraciət etmişdim. Amma sağ olsunlar, təqaüd yaşım çatandan sonra müraciətim qəbul edildi".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 795 Tarix: 20 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11 sentyabrSabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11 sentyabrBu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)
2026-cı ilin yayında Azərbaycanda dənizdə baş verən boğulma hadisələri arasında cəmiyyətə tanış simaların da adları yer alıb. Bu il dənizdə həyatını itirənlər sırasında media əməkdaşı, müstəntiq və müğənni də olub. Qaynarinfo -a istinadən həmin şəxsləri xatırladır:. Məqsəd Məmmədli. Bu il dənizdə həyatın
12 sentyabrXankəndidə nə qədər insan yaşayır?
Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu
11 sentyabrDövlət bağçalarında yerlərin sayı artırılıb
"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib
11 sentyabr