"Atlas Medical Center" yığılmış vergi borcunu ödəyə bilmir - MƏBLƏĞ
"Atlas Medical Center" MMC yığılmış vergi borcunu ödəyə bilmir. Bu barədə İqtisadiyyat.az Dövlət Vergi Xidmətinin kommersiya təşkilatlarının vergi borcları ilə bağlı reyestrinə istinadən xəbər verir.
Məlumata görə, özəl klinikanın hazırda yığılmış vergi borcu 80 min manatı ötüb.
Qeyd edək ki, bu ilin iyul ayında tibb müəssisəsinin vergi borcu 60 min manata çatmışdı. Paralel olaraq, MMC hər gün artan vergi borcunun müəyyən hissəsini ödəyə bilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi bir müddət əvvəl "Atlas Medical Center" MMC-ni vergi məsələlərinə görə məhkəməyə verib. Klinika məhkəmə çəkişməsi müddətində vergi borcunun 100 min manatlıq hissəsini ödəməyə məcbur edilib.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə görə, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Xatırladaq ki, 2014-cü ildə Səhiyyə Nazirliyinin klinikada apardığı yoxlamalar zamanı nöqsanlar aşkarlanmışdı. Həmin nöqsanlar klinikanın lisenziyadan kənar qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərməsindən ibarət olub. Buna görə də özəl tibb müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar verilmişdi. Lakin nöqsanları aradan qaldıran klinikaya fəaliyyətini bərpa etməyə şərait yaradılıb.
Amma buna baxmayaraq, bu il klinikada yenidən nöqsanlar aşkarlanıb. Cari ilin aprel ayının əvvəlində açıqlanan rəsmi məlumata görə, "Atlas Medical Center"ə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə cərimə yazılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?