"Yeməyə görə Xalq artistlərini sıraya düzüb, üstlərinə qışqırdı... " - Almaxanımdan daha bir qalmaqallı AÇIQLAMA
Tanınmış muğam ifaçısı Almaxanım Əhmədova Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva barəsində daha bir qalmaqallı açıqlamalar verib.
Ifaçı sosial şəbəkədə qeyd edib:
"Bir dəfə Özbəkistanda Azərbaycan Mədəniyyət günlərində idik. Bu, nazirlik xətti ilə getdiyim ilk və son səfər oldu.
Mənzərxanım Xalq artistlərini sıraya düzüb, danlayır, qışqırırdı ki, "yeməyinizi vaxtında yeyin də, mən niyə sizi burada gözləməliyəm? Niyə gecikirsiz? Xalq və əməkdar artistlər də başlarını aşağı salıb, məzlum ifadə ilə Mənzərin danlağlarını dinləyirlərdilər. Mən də qıraqdan baxıram. Özümü bir an müharibə kinolarında komandir və əsgərlər səhnəsində hiss elədim. Sanki Mənzər komandirdir, incəsənət xadimləri isə onun əsgərləri.
Ən çox da ona pis oldum ki, bu cür sənətkarlar niyə onun danlağını götürürlər?
Hətta məşqlə bağlı Mənzərxanıma bir söz də demək istəyirdim. Xalq artistlərindən biri mənə yaxınlaşdı ki, "sus, Mənzərxanım danışanda biz heç birimiz danışmırıq. Ona 10 ildən çoxdur dözürük, sən də döz. Yoxsa sənə mane olar".
Qeyd edək ki, artıq bir müddətdir tanınmış sənət adamları ilə Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva arasında qalmaqal yaranıb. Muğam ifaçıları Almaxanım Əhmədova, Pərviz Qasımov, caz ifaçısı Təranə Mahmudova, tanınmış kamança ifaçısı Şəhriyar Musayev və digərləri Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunda özbaşınalığın hökm sürdüyünü, Mənzərxanım Nurəliyevanın sənətçilərən rüşvət istədiyini bildiriblər. Nazirlik səslənən ittihamları təkzib edib./Musavat.com
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?