Məşhurlar Mədəniyyət Nazirliyindən şikayətçidir: "Dövlət tədbirlərində..."
Bir müddətdir şair Vüqar Əhməd və qızı, tanınmış müğənni Almaxanım Əhmədli Mədəniyyət Nazirliyi ilə bağlı şikayətlərini dilə gətirirlər.
Onlar iddia edirlər ki, Mədəniyyət Nazirliyinin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva xarici səfərlər və dövlət tədbirləri üçün onlardan təmənna güdür.
"Cebheinfo.az" xəbər verir ki, bu dəfə tanınmış müğənni Nura Suri sosial şəbəkə hesabında onlara dəstək olub:
"İllərdir mövcud olan problemi xanəndə Almaxanım və Vüqar Əhməd işıqlandırır. Onlara qoşulub yaşadıqları haqsızlığa göz yummayan xanəndə və müğənni görmürəm. Halbuki hamı şikayətçidir, lakin cəmiyyətə açıqlama verməkdən qorxurlar...
Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə indiyədək pulsuz gedib oxumuşuq, əvəzində də heç kəsə lazım olmayan diplomlar almışıq. Cibimizdən salona, işçilərimizə, benzinə və s. pul da xərcləmişik. Bunlarla yanaşı, dövlət tədbirlərinə düşmək üçün rüşvət verənlərin də sayı-hesabı yoxdur.
Klip çəkdirmək istəyəndə heç bir teatr və muzeyin icazəsini belə ala bilmədiyimiz nazirliyin bizə xeyri nədir? Niyə və nədən qorxursunuz axı? Niyə şikayətinizi dilə gətirməkdən qorxursuz?!"
Almaxanım Əhmədli isə Nuri Surinin yazdıqlarına belə reaksiya verib:
"Nə qədər Mənzər Nurəliyeva ordadır, belə də olacaq. Adil Kərimlinin bu qədər şikayəti görməzdən gəlməyi çox qəribədir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?