Sahibkarların övladları arasında QANLI DAVA

Sahibkarların övladları arasında QANLI DAVASabirabad rayonunda 2004-cü il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Xəyala xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əli Sabirabad şəhərinin İ.İsgəndərov küçəsində yerləşən ailəsinə məxsus gündəlik tələbat malları mağazasından müxtəlif vaxtlarda nisyə mal almış şəxslərdən borcların qaytarılmasını tələb edib. O, 16 manat məbləğində nisyə mal almış Xəyala 2022-ci ilin iyul ayının əvvəllərində dəfələrlə zəng edərək borcunu ödəməsini xahiş edib.

Lakin Xəyal hər dəfə borcunu ödəməyi vəd etsə də, ödəməyib. İyulun 3-də isə yenidən telefon əlaqəsi saxlayıb və ondan borcunu ödəməsini xahiş edib. Lakin Əli Xəyalın borcunu ödəmək niyyətində olmadığını görərək onunla görüşmək və borcunu ödəməsini bir daha tələb etmək məqsədilə iyulun 4-də saat 13 radələrində Xəyalın atasına məxsus mebel salonunun qarşısına gedib. Onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Əli Xəyala xəsarət yetirib.

Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Sabirabad şəhərinin İ.İsgəndərov küçəsində yerləşən ailəsinə məxsus gündəlik tələbat malları mağazası var: "Tanışım Xəyal mağazadan 16 manatlıq nisyə mal alıb, borcunu ödəməyib. Mağazadan nisyə mal almış şəxslərə, o cümlədən Xəyala zəng edərək borcunu ödəməsini xahiş etdim. Xəyal borcunu bir həftəyə verəcəyini bildirdi. Lakin bir ay keçməsinə baxmayaraq vermədi. Xəyala sonuncu dəfə 3 iyul 2022-ci ildə zəng edərək borcunu verməsini xahiş etdim. Xəyal mənimlə kobud danışmaqla borcunu verməyəcəyini bildirdi. Mən Xəyalla görüşüb, ondan borcu istəmək məqsədilə iyulun 4-də saat 13 radələrində mağazadan çıxıb onun işlədiyi, atasına məxsus mebel salonuna getdim. Yolda bizimlə eyni küçədə yaşayan Hüseynlə rastlaşdım. Hüseynə Xəyaldan borcumu istəməyə getdiyimi dedim və mənimlə birlikdə getməsini xahiş etdim. Hüseyn mənimlə razılaşdı. Birlikdə Xəyalın atasına məxsus mebel salonunun qarşısına getdik".

Təqsirləndirilən şəxs qeyd edib ki, mebel salonunun qarşısında Xəyalın, qardaşı Röyalın, salonda işləyən Zahidin və digər üç-dörd nəfər fəhlənin avtomaşına mebel yüklədiklərini görüb: "Xəyal məni görən kimi yaxınlaşdı və bir qədər kənara çəkildik, mebel salonunun qarşısında söhbət etməyə başladıq. Xəyala borcu verməli olduğunu bildirdim. Xəyal isə cavabında borcu verməyəcəyini dedi və məni söydü. Xəyal ilə aramızda mübahisə yarandı. Bu zaman Xəyalın qardaşı Röyal, mebel salonunda işləyən Zahid və başqa üç-dörd nəfər fəhlə də ora gəldi. Bir anda Xəyal, qardaşı Röyal, Zahid və başqa üç-dörd nəfər şəxs mənə hücum edərək sifətimə və bədənimə yumruq, təpiklə zərbələr vurmağa başladılar. Mən kürəyimi divara söykədim, özümü müdafiə etməyə çalışdım. Əllərim və qollarımla üzümü tutdum. Həmin şəxslər mənə təpik və yumruq zərbələri vurmaqla döyməkdə davam edərkən imkan taparaq Xəyalın sağ göz nahiyəsinə bir yumruq zərbəsi vurdum. Bu anda Zahid mənim arxadan belimdən, qolumdan və saçımdan tutaraq geriyə dartmağa başladı, sifətimdən yumruq zərbələri vurdular. Mən qışqırdığım üçün təxminən 10-15 metr kənarda çayxanada olan beş-altı nəfər şəxs də bizə yaxınlaşdı. Çayxananı işlədən Vüqar da yaxınlaşaraq bizi ayırdı. Vüqar məni çağırdı və çayxanaya gedərək əlimi yudum. Xəyalın qardaşı Röyal çayxananın qarşısına gələrək məni çağırdı. Röyal mənimlə daha dalaşmaq məqsədinin olmadığını, söhbət etmək istədiyini bildirdi. Ona görə də, Röyal ilə birlikdə mebel salonuna getdim. Röyal məndən Xəyalla dalaşmağımızın səbəbini soruşdu. Xəyaldan borcumu istədiyimi, Xəyalın isə məni söyərək vurduğunu dedi. Xəyalın telefonda olan səsyazısını da Röyala qulaq asdırdım. Röyal axşam gəlib qardaşının pul borcunu qaytaracağını dedi, sağollaşıb ayrıldıq. Mən Hüseynlə birlikdə piyada evləri istiqamətində gedərkən Xəyalın atası Sübhan məni səsləyərək çağırdı. Mən isə dayanaraq Sübhana yaxınlaşdım. Sübhan qolumdan tutaraq məni mebel salonuna apardı. Salona daxil olduqdan sonra Sübhan mənə "sən bilirsənmi ki, biz kimik?", - dedi, sifətimdən şillə vurdu. Şillənin təsirindən gözlərim qaraldı. Mən isə Sübhana yaşca böyük adam kimi cavab qaytarmadım. Sübhan məni nalayiq sözlərlə söydü, hədələdi. Sonra küçəyə çıxaraq qaçdım. Öz mağazama getməklə baş verənləri nənəmə və atama danışdım. Məni nə üçün döymələrini aydınlaşdırmaq üçün nənəm və dayım Mahir mebel salonuna getdilər. Mən isə sifətimə buz qoydum, sonra isə atamla birlikdə polis şöbəsinə getdik və şikayət etdik. Sonra Sübhanın da məndən şikayət etməsini bildim. Özümü müdafiə etmişəm, başqa çıxış yolum olmayıb".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xəyalın sözlərinə görə, Sabirabad şəhərində valideynləri ilə birlikdə yaşayır: "Hadisədən təxminən 15-20 gün əvvəl Əli məndən 15 manat borca pul götürdü, bir gün sonra pulu qaytaracağını bildirdi. Təxminən 10-12 gün keçsə də, Əli mənə olan borcunu qaytarmadı. Mən də həmin ərəfələrdə Əlinin işlədiyi mağazaya gedərək bir neçə dəfə olmaqla enerji və sərinləşdirici içkilər aldım. Hər dəfə də içkiləri alarkən Əlidən borclu olduğu puldan çıxmasını dedim. Sonuncu dəfə isə Əlidən içki aldıqdan sonra fikirləşdim ki, Əlinin mənə borcu qalmayıb. Lakin Əli mənə dedi ki, ümumilikdə 29 manat 40 qəpiklik içki götürmüşəm, 15 manat borcunu çıxdıqdan sonra 14 manat 40 qəpik borcum qaldı. Mən də fikirləşdim ki, Əli içkiləri mənə baha qiymətə satdığına görə ona pul borcum yaranıb. Ona görə Əlinin sözü ilə qismən də olsa razılaşdım".

Xəyal qeyd edib ki, 3 iyul 2022-ci ildə, saat 23 radələrində Əli ona zəng edib və görüşmək istədiyini bildirib: "Lakin qonaqlarım olduğunu, sonra görüşə biləcəyimizi dedim. İyulun 4-də saat 13-14 radələrində atama məxsus mebel mağazasının qarşısında dayanaraq müştəriyə satılan mebelin avtomobilə yığılmasında fəhlələrə kömək edirdim. Bu zaman Əli və onun tanışı ora gəldilər. Mən Əliyə yaxınlaşdım, təxminən 7-8 metr kənarda söhbət etdik. Əli məndən borcu nə üçün verməməyimi soruşdu. Mən isə borcumu ayın 8-də qaytaracağımı dedim. Həmin anda Əli sağ göz nahiyəmdən yumruqla iki-üç dəfə vurdu. Zərbələrin təsirindən başım gicəlləndi və yerə yıxıldım. Yerdə olarkən gördüm ki, atama məxsus yaxınlıqda yerləşən digər mağazada olan işçilərdən, Zahid, Rəhim və qardaşım Röyal, tanımadığım iki nəfər şəxs də yanımıza gəldi, bizi araladılar, məni isə yerdən qaldırdılar. Sonradan isə baş verənləri xatırlaya bilməmişəm. Üz nahiyəmdə sümüklər sındığı üçün əməliyyat olundum. Hadisə zamanı, eləcə də hadisədən sonra mən və orada olan şəxslərdən heç kim Əlini vurmayıb".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib. Ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Hökmə əsasən, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun iş üzrə 6 dekabr 2022-ci il tarixdən 6 aprel 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 ayın bir günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə iki gün hesabı ilə hesablanmaqla 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunub, təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun, cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanıb. Ona təyin edilən cəzanın icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 944   Tarix: 20 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;. 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar"

17 iyun
.

Azərbaycan əhalisi ən çox nəyə pul xərcləyir? - STATİSTİKA

2026-cı ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 510.7 milyon manatlıq, o cümlədən 14 milyard 151.8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 milyard 358.9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. xəbər verir ki, bu barədə Dövlət Statistik

16 iyun
.

Dünya çempionatı: Avstriya İordaniyadan üstün oldu

Futbol üzrə dünya çempionatının qrup mərhələsində J qrupunun növbəti matçı keçirilib. xəbər verir ki, "San-Fransisko Bay Area"da keçirilən matçda Avstriya və İordaniya milliləri üz-üzə gəliblər. Qarşılaşma Avstriyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 20-ci dəqiqəsində Avstriyanı

17 iyun
.

Türkiyə parlamentinin iş müddəti uzadıldı

"Resmi Gazete"də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması ilə bağlı qərar dərc olunub. Məlumata görə, qərar Konstitusiyanın 93-cü maddəsi və TBMM-in Daxili Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq, Baş Məclisin iyunun 16-da keçirilən 102-ci iclasında qəbul edilib. Beləliklə

17 iyun
.

Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? - DETALLAR

Baş Prokurorluğun İstintaq İdarəsinin Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın detalları məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb xüsusilə külli miqdarda qızılın qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinə cəhd edilməsidir

16 iyun
.

Fərhad Mehdiyevin qəzada həlak olan qızının hadisə yerindən GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi, tanınmış vəkil Fərhad Mehdiyevin ailəsində ağır faciə baş verib. Məlumata görə, hüquqşünasın 18 yaşlı qızı Zəhra motosikletlə hərəkətdə olarkən "Mercedes" markalı avtomobillə toqquşub. Bakı-Sumqayıt magistralında qeydə alınan ağır yol-nəqliyyat hadisəsi nəticəsində yeniyetm

17 iyun
.

Qarabağ"ın Avropa Liqasındakı rəqibi bilindi

"Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub. xəbər verir ki, təmsilçimiz "Vestri" (İslandiya) ilə qarşılaşacaq. "Qarabağ" ilk oyunu evdə keçirəcək. 09:32. "Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindək

16 iyun
.

"Əvvəl uşaqları göndərirdilər, indi isə..." - Yay düşərgələri niyə bağlanıb? - VİDEO

Sovet dövründə Azərbaycanda fəaliyyət göstərən 56 pioner düşərgəsi müstəqillik illərində tədricən fəaliyyətini dayandırıb və hazırda Pirşağıdakı "Lokomotiv" düşərgəsi də daxil olmaqla onların əksəriyyəti baxımsız vəziyyətdədir. Baku TV-yə istinadən xəbər verir ki, keçmişdə uşaqların yay tətillərin

16 iyun
.

Xəstəxanaya sürücü düzəlmək istədi, dələduzluğun qurbanı oldu

Bakı şəhərində sürücü kimi işə düzəltmək adı ilə 8 min manatın ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs özgənin pulunu ələ keçirmək məqsədilə zərərçəkmişi aldadaraq müxtəlif vədlər verib. İttiham

16 iyun