"Kupça" almaq istəyənlər BUNU ETMƏLİDİR - Yeni qaydalar

"Kupça" almaq istəyənlər BUNU ETMƏLİDİR - Yeni qaydalarBakıda və Abşeron rayonu ərazisində yerləşən yaşayış massivlərinin əksər hissəsi qeyri-tikinti təyinatlı torpaqlar üzərində salınıb. Bu səbəbdən həmin ərazilərdə tikilən evlərin çoxunun çıxarışı yoxdur. Bu isə vətəndaşlar üçün bir sıra problemlər yaradır.

Bəs görəsən, insanların kütləvi formada məskunlaşdığı ərazilərin torpaq təyinatını dəyişdirmək mümkündürmü?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert, Elnur Fərzəliyev bildirib ki, vaxtilə Bakıda olan sovxoz və kolxozların ərazilərinin hamısı yaşayış massivlərinə çevrilib:

"Təxminən 90-cı illərin əvvəllərinə qədər Bakının böyük bir hissəsində və Abşeron ərazilərində kolxoz və sovxoz əraziləri var idi. Daha sonra sovet hökuməti dağıldı və bu səbəbdən həmin ərazilərdəki kolxoz-sovxozlar da ləğv olundu. Bu torpaqlar həmin kolxoz və sovxozda işləyən insanların xahişi ilə onlara pay torpağı kimi verildi. Həmin ərazilərdə indi yaşayış massivləri salınıb. Təbii ki, artıq Bakı böyük bir şəhərə çevrilib və paytaxt statusunda olduğuna görə, burada əkin-biçin işlərinin görülməsi mümkün deyil. Çünki bu ərazilərin hamısı artıq yaşayış massivləridir. Əgər ərazidə marketlər, məktəblər inşa edilibsə, ora qaz, su və işıq çəkilibsə, deməli, artıq yaşayış massivinə çevirilib".

Ekspert qeyd edib ki, vətəndaşları yaşadıqları ərazilərin torpaq təyinatını dəyişdirmək üçün kütləvi formada müraciət etməlidir:

"Təbii ki, bununla bağlı daha sonra bələdiyyələr də torpaq sahələri ayırdılar. Onların da təyinatının dəyişdirilməsi üçün müraciət etmək lazımdır. Həmin ərazilərdə yaşayan vətəndaşlar kütləvi formada aidiyyəti bələdiyyələrə və yaxud rayon icra hakimiyyətlərinə müraciət etməlidir. Bu cür ərazilərin təyinatı dəyişdirildikdən, daha dəqiq desək, tikinti təyinatına çevrildikdən sonra, həmin ərazidəki evlərə çıxarış verilə bilər. Bunun üçün ilk öncə həmin torpaqlarda təyinat dəyişikliyi olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1642   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr