Bakı Dəmiryol Vağzalı və metronun "28 May" stansiyasının qarşısındakı parkda nələr olacaq?

Bakı Dəmiryol Vağzalı və metronun "28 May" stansiyasının qarşısındakı parkda nələr olacaq?Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarındakı "Şamlıq parkı"nda aparılan abadlaşdırma işləri ilə əlaqədar qurumuş ağacların götürülməsi, həmçinin Xarici dairəvi yolla Nazim Hikmət küçəsinin kəsişməsində yolun genişləndirilməsi məqsədilə kiçik diametrli ağacların, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi 4Z ünvanındakı torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə maneçilik yaradan yaşıllıqların və Bakı Dəmiryol Vağzalı ilə metronun "28 May" stansiyasının qarşısında inşa olunan parkda tikinti altına düşən yaşıllıqların köçürülməsi üçün rəy verilmə məsələlərinə baxılıb. Bundan əlavə, gündəliyə Nəsimi rayonu, H.Sarabski, A.Qurbanov, S.Salayev küçələrinin kəsişməsində pilot layihə çərçivəsində inşa ediləcək yaşayış və qeyri-yaşayış binalarının tikintisinə maneçilik yaradan yaşıllıqların köçürülməsi də daxil edilib.

Bakı Dəmiryol Vağzalı və metronun "28 May" stansiyasının qarşısında abadlıq-quruculuq işləri aparan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin mühəndisi Ariz İsmayılov deyib ki, layihə üzrə ərazidə tikini altına düşən yaşıllıqlar köçürüləcək. O qeyd edib ki, tikini altına düşən 10 şam ağacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ətraf ərazilərinə köçürüləcək:

"Beton hissələrə düşən yaşıllıqlar kiçik parametrli və köçürülməsi mümkün ağaclardır. Tikini zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanı minimum səviyyəyə endirməyə çalışırıq. Ekoloji mühiti qorumaq üçün 2 min 400 kvadratmetr yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir. Parkda əkiləcək ağaclar Bakının iqliminə uyğun növlərdir. Burada böyük avtobus dayanacağı, eyni anda 4 ədəd elektrik enerjisi ilə işləyən avtobusların şarj edəcəyi 2 stansiya, velosiped zolağı və fontanlar da olacaq", - deyə A.İsmayılov bildirib.

"Nəsimi rayonunun H.Sarabski, A.Qurbanov, S.Salayev küçələrinin əhatə etdiyi ərazidə pilot layihə çərçivəsində "ArchiCO" MMC tərəfindən tikilən hündür mərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinin ikinci mərhələsi üzrə işlərin icrasına maneçilik yaradan ümumilikdə 27 ağac və 3 kol bitkisi köçürüləcək". Bununla bağlı fikir bildirən mühəndis-konstruktoru Emil Əzizbəyov əlavə edib ki, ağacların diametri kiçikdir və köçürülməsi uyğundur:

"Texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən müvafiq olaraq əl əməyi və xüsusi ağaççıxaran maşınların köməyi ilə yaşıllıqların nisbi sükunət dövründə köçürülərək layihədə yaşıllıq üçün nəzərdə tutulan münbit sahəyə əkiləcək, ərazi daha da abadlaşdırılacaq", - deyə E.Əzizbəyov vurğulayıb.

İctimai dinləmədə götürülən yaşıllıqlara kompensasiya olaraq Bakı şəhəri ərazisində boş ərazidə dayanıqlı suvarma sistemi ilə yaşıllıq sahəsinin salınması şərti qoyulub. Şirkət rəsmisi bu şərtlə razılaşaraq onu qəbul edib.

Gündəlik üzrə müzakirəsi aparılan bütün layihələrin rəy verilmə mərhələsində olduğu qeyd edilib.

İctimai dinləmənin sonunda layihələrin icrası zamanı yaşıllıqların mühafizəsi ilə bağlı ekoloji tələblərə əməl edilmənin, Bakı və Abşeron yarımadasında yaşıllıq zonalarının artırılmasının, iqlimə xas ağac və kolların əkilməsinin, bununla bağlı suvarılma sisteminin, düzgün aqrotexniki qulluq göstərilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1512   Tarix: 28 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr