"Rəis müavini deyib ki, yaşadığın yeri tərk etməsən, səni narkotiklə şərləyib həbs edəcəm" - ŞİKAYƏT
Biləsuvar rayonunda qaçqınların yaşadığı peşə liseyinin nəzdində olan binada İcra Hakimiyyətinin göstərişi ilə məskunlaşmış Abdullayeva Röya Firdovsi qızı tərəfindən Hurriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Biləsuvar Peşə liseyinə müvəqqəti direktor vəzifəsinə təyin olunan Nərmin Muradova onları təhdid edir. Şikayəti olduğu kimi dərc edirik:
"Mən, Abdullayeva Röya Firdovsi qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. Müraciətimin səbəbi ondan ibarətdir ki, 2008-ci ildən atamızı itirdikdən sonra Ukraynadan Azərbaycana qayıtmalı olduq. Biz iki azyaşlı olduğumuz üçün, anamız bizi qoyub işləyə bilmədi. O zaman Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət etməli oldu.
İcra Hakimiyyəti durumumuzdan xəbərdar olduğundan, bizi qaçqınların yaşadığı Biləsuvar rayon Peşə liseyinin nəzdində olan binaya yerləşdirdi. Mən, anam, bacım və bacımın anadangəlmə xəstə olan azyaşlı uşağı, hələ də ev almağa imkanımız olmadığımız üçün, burada yaşamağa məcbur qalmışıq.
Hal-hazırda Biləsuvar Peşə liseyinə müvəqqəti direktor vəzifəsinə təyin olunan Nərmin Muradova inzibati binanın yarısını bölərək, Mübariz İbrahimov adına liseyə icarəyə verib. İcarədən alınan pulun da hara getdiyi məlum deyil.
İndi də gözlərini bizim yaşadığımız binaya dikiblər, bizi çıxartmaqla təhdid edirlər. Yaşadığımız yerə tez-tez basqın edirlər. Binaya daxil olduğumuz pilləkanı bağladıqları üçün bacım buna reaksiya verdiyi. Bu səbəbdən də, Peşə liseyini idarə edən və vəzifə səlahiyyətlərindən sui-istifadə edən, hər dəfə Təhsil Nazirliyində adamı olduğunu, ona arxalandığını bildirən Muradova Nərmin Biləsuvar polisinə şikayət edib. Şöbədən gələn bir-neçə polis bacım Canıyeva Şəmsi azyaşlı uşağının gözü qarşısında zorbalıqla aparıblar. Şöbədə isə rəis müavini Şirinov Nicat bacım Canıyeva Şəmsə hədə-qorxu gəlib. Deyib ki, yaşadığınız yeri tərk etməsəniz, azyaşlı uşağın olduğuna baxmayaraq, səni narkotiklə şərləyib həbs edəcəm.
Saat 15:30-dan 20:00-dək heç bir səbəb olmadan bacım Canıyeva Şəmsi şöbədə saxlayıblar. Uşağa da qonşular yiyəlik edib. Bacım Canıyeva Şəmsi qorxudub, fiziki zorakılıq göstəriblər. Evə gələndən sonra sarsıntıdan aldığı travmalardan xəstəxanalıq olub.
Səlahiyyətli şəxslərdən xahiş edirəm ki, vəzifə səlahiyyətlərini aşanların bu özbaşınalığının qarşısını alın, hüquqlarımızın qorunmasına kömək edin. Bizi yaşadığımız yerdən çıxarsalar, hara gedəcəyimizi, nə edəcəyimizi bilmirik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?