Kran suyu içməyin, Bakıda yeni infeksiya yayılıb - İDDİA
"Krandan çiy su içməyin, çünki infeksiyaya yoluxacaqsınız".
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Bakının bəzi ərazilərdə kran suyu içdiyi üçün uşaq və böyüklərin infeksiyaya yoluxması ilə bağlı iddialar yayılıb.
Qeyd olunub ki, Bakıxanov, Sulutəpə və Ramana qəsəbələri ərazisində krandan gələn suyu çiy halda içdiklərinə görə infeksiyaya yoluxanlar olub.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, münasibəti yalnız həkim rəyi göndərildikdən sonra bildirə bilərlər.
Son vaxtlar mədə-bağırsaq infeksiyasına yoluxma səbəbindən gələn xəstələrin sayında hər hansı artım olub-olmaması ilə bağlı sualı isə Kliniki Tibbi Mərkəzə yönəltdik.
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hər il yay aylarında qastrointestinal infeksiyalarla müraciət sayında artımlar müşahidə olunur.
"Bu da mövsümlə əlaqədardır. Həmin dövrdə şöbəyə ay ərzində təxminən 400-500 müraciət daxil olur. Payız-qış aylarında isə bu sayda azalma müşahidə olunur", - deyə məlumatda bildirilir.
Lakin məhz kran suyundan içməklə infeksiyaya yoluxma halları ilə bağlı KTM-dən bildirdilər ki, təcili yardıma müraciət edən xəstələrin suyu haradan içməsi məsələsi araşdırılmır.
"Əgər zəhərlənmə baş veribsə, adekvat müalicə aparılır, mədə yuyulur və problem aradan qaldırılır", - deyə açıqlamada vurğulanıb.
Beləliklə, kran suyu içməklə infeksiyaya yoluxma halları hələlik təsdiqini tapmayıb. Lakin mövsüm dəyişikliyi ilə əlaqədar qastrointestinal xəstəliklərə diqqətli yanaşmaq və gigiyena qaydalarına ciddi əməl etmək vətəndaşlara edilən tövsiyələr arasındadır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1730 Tarix: 01 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabr