Azərbaycanda ər arvadını vəhşicəsinə öldürdü: "O biri kişini də qəbul edəcəksən deyirdi"

Azərbaycanda ər arvadını vəhşicəsinə öldürdü: "O biri kişini də qəbul edəcəksən deyirdi"Xaçmaz rayonunda 1981-ci il təvəllüdlü Daşqın qısqanclıq zəminində mübahisə zamanı həyat yoldaşı Könülü (adlar şərti verilib - red.) qətlə yetirib.

Teleqraf.com xəbər verir ki, Daşqın arvadı Könülün dəfələrlə açıq-aşkar başqa kişilərlə yaxın münasibətdə olaraq xəyanət etməsi səbəbindən onu öldürmək qərarına gəlib.

O, yaşadığı evdə arvadını azyaşlı övladlarının gözləri qarşısında döyərək yerə yıxıb. Daha sonra ardıcıl şəkildə Könülün başını beton döşəməyə vurduqdan sonra mətbəxdə olan taxta masanı onun üzərinə atıb. Hadisə yerinə gəlmiş qayınanasının gözləri qarşısında Könülə daha bir neçə təpiklə zərbələr vurub.

Qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə təqsirli olduğunu bildirib. O, sinif yoldaşı və həmkəndlisi Ramalın ona yaxınlaşaraq arvadı Könülün özünü kənddə şübhəli apardığını, başqa kişilərlə münasibət saxladığını dediyini söyləyib: "Dostum mənə ayıq olmağı məsləhət gördü. Bundan sonra arvadımı izləməyə başladım. Həmin vaxt arvadım kənddə bağda fərdi meyvə yığımı ilə məşğul olurdu. Səhər işə gedib, axşam evə qayıdırdı.

Bir neçə gün sonra evdə olduğum zaman Könülün bir kişi ilə telefonda danışdığını tutdum. Ondan kiminlə danışdığını soruşdum. Açıq şəkildə kişi ilə danışdığını bildirdi və "ya ikiniz, ya da heç biriniz" deyərək onun başqaları ilə münasibət saxlamağıma göz yummağımı istədi. Bu hərəkətlərindən qəzəblənərək evdə onu döydüm".

Təqsirləndirilən şəxs qeyd edib ki, Könül ondan polisə şikayət edib və Xaçmaz Rayon Məhkəməsi tərəfindən 20 gün inzibati qaydada həbs edilib: "Həbsdən çıxdıqdan sonra evə qayıtdım. Könül yenidən öz çirkin əməllərindən əl çəkmədi. Hətta bir gün gecə yuxudan oyandıqda onun evdə olmadığını gördüm. Səhərə kimi gözlədim.

Səhər saat 6-da arvadım evə gələndə harada olduğunu soruşdum, "əcəb elədiyini" dedi. Uşaqlarımı düşündüyüm üçün Könüldən boşanmadım. Nə vaxtsa peşman olaraq düz yola qayıdacağını düşündüm. Bu barədə dəfələrlə Könülün atası Səmədə danışdım. Lakin heç bir nəticəsi olmadı, çünki qaynatam və qayınlarım Könülün tərəfini saxlayaraq ona heç bir söz demədilər".

Daşqının sözlərinə görə, arvadı Könülün gecələr evdən getməsi adət halını almışdı və o, artıq nə edəcəyini bilmirdi: "Kənd camaatından xəbər aldım ki, arvadım Xudat şəhərində "qaraçılar məhəlləsi" deyilən yerdə yaşayan Adil adlı bir kişi ilə görüşür. Mən Adili taparaq onunla Könülün arasında olan münasibət barədə soruşdum.

Adil mənə açıq-aydın Könül ilə intim münasibətdə olduğunu bildirdi. Barəsində polisə şikayət etdikdən sonra daha Könül ilə görüşmədi. Bir müddət arvadım özünü normal apardı, onu kiminləsə danışan görmədim. Daha düz yola qayıtdığını düşündüm".

Daşqın qeyd edib ki, növbəti günlərdə yaşadığı evin qarşısında boz rəngli "Mercedes" markalı, nömrəsini xatırlamadığı avtomobilin saxlandığını görüb:

"Arxa qapıdan Könül düşüb evə girdi. Küsülü olduğumuz üçün ona bir söz demədim. Könül demək olar ki, hər axşam həmin avtomobillə evə gəlirdi. Artıq qonşular arasında biabır olmuşdum, kənddə məni lağa qoyurdular. Küçədə mənə söz atırdılar. Artıq nə edəcəyimi bilmirdim.

Bütün bunlardan bezərək Könülü öldürmək qərarına gəldim. Buna görə də evdə onun işdən gəlməsini gözlədim. Söz-söhbətə birdəfəlik son qoymağı qərara aldım".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, evdə tək 250 qram araq içib: "Axşam Könül işdən evə gəldi. Həmin vaxt iş yerində işçilərə ayrılmış "QAZel" markalı avtomobillə gəlmişdi. O, evə daxil olduqdan sonra mətbəxdə onun sifət nahiyəsinə şillə ilə vuraraq yerə yıxdım. Sonra sağ ayağımla təpikləməyə başladım. Sağ ayağımın altı ilə yuxarıdan-aşağı istiqamətdə onun baş və qarın nahilərinə təxminən 7-8 güclü zərbələr vurdum.

Səs-küyə evdə olan uşaqlarım Elçin və Günay gəldi. Oğlum məni tutaraq anasını qorumağa çalışdı. Mən isə sağ əlimlə Elçinin boğaz nahiyəsindən tutaraq kənara itələdim. Bundan sonra uşaqlar qorxaraq çölə çıxdılar. Hirsim soyumadığı üçün mətbəxdə olan masanı çevirərək ölməsi üçün Könülün üstünə atdım. Arvadımın hərəkətsiz qalaraq tərpənmədiyini gördükdə öldüyünü düşündüm və daha onu vurmadım.

Səs-küyə qonşularımız Valeh və Səmayə gəldilər. Bir qədər sonra isə Könülün valideynləri də bizə gəldilər. Könülün anası ilə mübahisələrimiz yarandı. Çünki xəyanətlə bağlı onun valideynlərinə dəfələrlə bildirmişəm. Lakin heç bir xeyri olmamışdı. Qayınanama "bilmirdiniz ki, axırı belə olacaq" dedim. Könülə anasının yanında yenidən təpiklə onun qabırğalarından vurdum.

Polis əməkdaşları gələrək məni polis şöbəsinə apardılar. Şöbədə izahatımı alıb evə buraxdılar. Evdə heç kəs yox idi. Qonşulardan öyrəndim ki, Könülün valideynləri uşaqları da götürərək gediblər.

Növbəti günlərdə evdə olduğum zaman polis əməkdaşları gəlib məni Xudat Polis Bölməsinə apardılar. Orada Könülün xəstəxanada öldüyünü bildirdilər.

Cinayət işi üzrə zərərçəkmiş Könülün hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, mərhum qızı 2005-ci ildə Daşqınla ailə qurub: "Həmin nikahdan onların iki övladı var".

"Daşqın son illər spirtli içkiyə qurşandığından ailəsində söz-söhbət yaratmağa başladı. Hətta bir neçə dəfə qızımı döymüşdü. Bununla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparıldı, məhkəmənin qərarı ilə ona 20 gün inzibati həbs verildi. Lakin yenə də evdə heç bir səbəb olmadan sərxoş vəziyyətdə dava-dalaş salırdı. Mən özüm də bununla bağlı Daşqınla söhbət etmişəm. Bir böyük kimi ona öz məsləhətlərimi vermişəm. Lakin Daşqın yenə öz əməllərindən əl çəkmədi.

Hadisə günü saat 19 radələrində evdə olan zaman nəvəm mənə zəng vurdu, "atam anamı döyüb öldürür" deyə bizi köməyə çağırdı. Arvadımla dərhal qızımgilə getdim. Oraya çatdıqda qızımın yaşadığı evin mətbəx otağında beli üstə yerdə uzandığını, huşunun yerində olmadığını, ağzından, burnundan və qulaqlarından qan axdığını gördük. Otaq dağınıq vəziyyətdə idi, yerdə sınmış stəkan və qab-qacaq vardı.

Daşqın sərxoş vəziyyərdə yaşadığı evin həyətində idi.

Mən dərhal "102" xidmətinə məlumat verdim və təcili tibbi yardım xidməti çağırdım. Onlar gələnə kimi arvadım vaxt itirməmək üçün Könülün üzərindən paltarlarını çıxardı. Çox keçmədən hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidməti gəldi.

Könülü xəstəxanaya apardıq, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə qəbul olundu. Bir neçə gün orada koma vəziyyətində qaldı və vəfat etdi".

İş üzrə Könülün intim münasibətdə olduğu Adil də ifadə verib. O, ifadəsində göstərib ki, əri tərəfindən döyülərək öldürülən Könülü tanıyıb: "Onunla əvvəllər münasibətlərimiz olub. Lakin Könülün evli olduğunu bilməmişəm, mənə ərindən boşandığını deyib. Cəmi 1-2 dəfə görüşmüşük.

Sonradan Daşqın adlı şəxs Xudat şəhəri ərazisində mənə yaxınlaşaraq Könüllə nə münasibətimin olduğunu soruşdu. Ona aramızda yaxın münasibət olduğunu bildirdim.

Daşqın Könülün əri olduğunu deyəndə əvvəlcə inanmadım. Çünki həmin vaxta qədər Könülün evli olduğunu bilməmişəm. Daşqına bunu izah etməyə çalışsam da, sərxoş olduğundan aqressiv danışdı. Məndən polisə şikayət edəcəyini deyərək getdi.

Təxminən 2-3 gün sonra məni Xudat Polis Bölməsinə dəvət etdikdə məlum oldu ki, Daşqın barəmdə polisə şikayət edib. Polis bölməsində izahat verdikdən sonra evimə getdim. Könülün evli olduğunu bildikdən sonra onunla bir daha görüşmədim".

Məhkəmənin hökmü ilə Daşqın 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini və ona daha aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətini araşdıran hakimlər sonda qərar elan ediblər. Məhkəmə təqsirləndirilən şəxsin şikayətini haqlı hesab etməyib. Bu səbəbdən onun barəsində verilən hökm qüvvədə saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1611   Tarix: 02 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ali təhsil 3 ilə endirilməsi TƏKLİF OLUNUR: Diplomun müddəti qısalır, bəs keyfiyyət necə olacaq?

Xəbər verdiyimiz kimi Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. Bununla bağlı -a danışan "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayev

11 sentyabr
.

Torpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA

Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid

11 sentyabr
.

Şəxsi brend formalaşdırarkən çox paylaşım etmək daha vacibdir, yoxsa konkret sahə üzrə tanınmaq? - AÇIQLAMA

Sosial mediada şəxsi brend yaratmaq istəyənlər üçün əsas məqsəd yalnız çoxlu paylaşım etmək və izləyici toplamaq deyil. İstifadəçinin hansı mövzu ilə yadda qalması, auditoriyanın ona niyə güvənməsi və təqdim etdiyi məzmunun digərlərindən nə ilə fərqlənməsi də mühüm rol oynayır. Bəs şəxsi brend formalaşdırarkə

11 sentyabr
.

"Təhsil kreditlərinin sosial meyarları müəyyən edilərkən ailənin real gəliri nəzərə alınmalıdır" - DEPUTAT

Valideynin işləməsi heç də həmişə ailənin maddi imkanlı olması demək deyil. Təhsil krediti dəyərləndirilərkən bunu nəzərə almaq lazımdır. xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib. Onun fikrincə, reallığa baxdıqda hər ik

11 sentyabr
.

Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq

Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma

10 sentyabr
.

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql

10 sentyabr
.

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Qaynarinfo xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbayca

10 sentyabr
.

Faciəvi şəkildə ölən bacı-qardaşın yaxınları danışdı (VİDEO)

Əslən Ucar rayonunun Şilyan kəndindən olan 67 yaşlı Füzuli Baxışov və onun bacısı, 51 yaşlı Zərnişan Baxışova Rusiyada faciəvi şəkildə ölüblər. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, sözügedən bədbəxt hadisə ilə bağlı bəzi detallar məlum olub. Mərhumların qohumlarının sözlərin

12 sentyabr
.

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna mali

10 sentyabr