Xoşqədəm və Zaurun adı "Talassemiya işi"ndə hallandı: "Mənə dedi ki..." - Məhkəmə

Xoşqədəm və Zaurun adı "Talassemiya işi"ndə hallandı: "Mənə dedi ki..." - MəhkəməTalassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçən proses vaxtından bir qədər gec başlayıb.

Hakim bildirib ki, vəkillərin gecikməsi nəticəsində iclas bir qədər gecikib: "Biz böyük işə baxırıq, tərəflər vaxtında gəlsin ki, bu işi tez yekunlaşdıraq. Tərkibdə olan hakimlərdən biri Əli Məmmədov Bakı Apellyasiya Məhkəməsinə təyinat alıb. Onu da təbrik edirik. Amma vəkillər vaxtında gəlsin ki, bu işi tez yekunlaşdıraq. Çünki cinayət işinin həcmi böyükdür".

Daha sonra zərərçəkmiş Sahid Mövsümov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərdən Nuridə Seyidova və Aynur Bayramovanı tanıyıb, Aysel Məmmədova ilə əlaqəsi olmayıb: "Mən hərbi ali təhsilliyəm, müxtəlif vaxtlarda komandir vəzifəsində çalışmışam. İki azyaşlı övladım var. Onlardan biri talassemiya xəstəsidir, digəri isə talassemiya daşıyıcısıdır. Xəstə uşağımı ayda iki dəfə müayinə olunması üçün Talassemiya Mərkəzinə aparmışam, orada müayinə olunub. Orada Aynur Bayramova ilə rastlaşdım. Talassemiya Mərkəzinin direktorunun otağının yanında həkim otağı yerləşirdi. Aynur həmin otaqda otururdu. Türkiyədən Akif həkim xəstələri müayinə etmək üçün gəlirdi. Onunda qəbuluna düşmək üçün növbə olurdu. Növbəni də Aynur yazırdı. Növbəyə yazılanda Aynuru tanıdım. Uşaqdan qan nümunəsi götürmək üçün 300 dollar aldı. Biz pulu verdik, amma bizə qəbz vermədilər. Bir müddət sonra mənə zəng etdi və dedi ki, gözün aydın, donor tapılıb. Ümumilikdə 83 min dollara əməliyyat başa gələcək. Aynur dedi ki, şirkət var, 20 min dollar gətir, qalan məbləği şirkət həll edəcək. Mən də dedim ki, 10 min dollarım var. Dedi ki, gətir. Mən də onun yanına getdim və qarşılayaraq Nuridənin yanına apardı. Orada Aynur 10 min dolları sayaraq götürdü".

Zərərçəkmiş qeyd edib ki, sonradan onu Türkiyənin Samsun şəhərnə göndəriblər: "Orada klinikaya getdik. Mənə dedilər ki, sənin adın burada yoxdur, ödəniş etməlisən. Mən də zəng edərək bu barədə Aynura dedim. Bildirdim ki, qalmağa yer də vermirlər. Aynur da bildirdi ki, 5 min manat ver, orada sənə ev tutsunlar. Amma onların adını çəkməməyi tapşırdılar. Bununla bağlı məndə səs yazılar var. Mən orada kirəyə ev tutdum, əlavə xərclərim çıxdı".

Zərərçəkmiş bildirib ki, sonradan dələduzluqla üzləşdiyini anlayıb. Onun sözlərinə görə, Nuridə Seyidova və digər şəxslərin tez-tez ofislərini dəyişməsindən onların insanları aldatmalarından şübhlənib. O, təqsirləndirilən şəxslərdən ona dəymiş ziyanın ödənilməsini tələb edib.

Digər zərərçəkmiş Laura Həsənova bildirib ki, onun iki övladından biri, 12 yaşlı qızı talassemiya xəstəsidir.

Onun sözlərinə görə, uşağını müayinəyə apararkən Aynur Bayramova ilə tanış olub: "Talassemiya Mərkəzində Aynur mənə dedi ki, Nuridə adlı bir şəxs var, o sizə uşağın müalicəsinə köməklik edə bilər. Məni "Çinar Plaza"da Nuridə ilə görüşməyə çağırdı. Mən də uşaqları məktəbə qoyandan sonra bir valideyin ilə birlikdə ora getdik. Mən Aynurun vasitəsi ilə Nuridə ilə tanış oldum. Mənə dedilər ki, bu əməliyyatın ümumi xərci 83-100 min dollardır, əlində nə var, onu ödə, qalan məbləğdə köməklik edərik. Mən də dedim ki, evdəkilərlə məsləhətləşərəm. Evdə məsləhətləşdik ki, Gürcüstan hökuməti tərəfindən ayrılan 30 min dollar yardımı onlara verim. Biz uşağımın xəstəliyi ilə bağlı Gürcüstan hökümətinə müraciət etmişdik. Onlar da bizə pul ayırmışdılar. Bizdən Gürcüstan höküməti həmin pulun hesabatını tələb ediblər. Onlara bildirmişik ki, bizim pulu Azərbaycanda dələduzlar ələ keçirib. Onlar da bizə bununla bağlı Avropa Məhkəməsinə müraciət etməyi məsləhət görüblər. Amma biz Avropa Məhkəməsinə şikayət etmək istəmirik".

Bu yerdə prosesə sədrlik edək hakim Azad Məcidov bildirib ki, burada bu işi araşdırmaq üçün toplaşıblar: "Biz də işi araşdırırıq. Avropa Məhkəməsi işi bizdən yaxşı araşdıracaq?".

Daha sonra Laura Həsənova bildirib ki, təqsirləndirilən şəxslərdən Nuridə Seyidova və Aynur Bayramovadan pullarını tələb edir.

Bu zaman Aynur Bayramova Laura Həsənovaya suallar vermək istəyib. Amma hakim deyib ki, sualları uyğun olmadığı üçün protokoldan çıxarılır. Bu isə Aynur Bayramovanln etirazına səbəb olub: "Hörmətli hakim mənim sözümü kəsirsiz. Çünki mən düzgün danışıram. Sizdən şikayət edəcəm".

Zərərçəkmiş Tural Məsimiyev bildirib ki, iki azyaşlı övladı talassemiya xəstəsi olub. Onun sözlərinə görə, övladlarının müalicəsi üçün ümumilikdə 59 min 500 manat ödəniş edib. O bildirib ki, sonradan onu müalicə adı altında Türkiyəyə göndəriblər, amma orada heç bir köməklik edilməyib.

Zərərçəkmiş qeyd edib ki, həmin məbləğdən Nuridə Seyidova 6700, Aysel Məmmədova isə 10 min manat qaytarıblar: "Qalan pulu onların hər üçündən tələb edirəm. 42 min manat əsas puldan qalıb. Sonra əlavə 8 min manat xərc çəkmişəm. Pulumun geri qaytarılmasını istəyirəm. Mən ziyanın ödənilməsi istəyirəm".

Zərərçəkmiş Aysel Abdullayeva bildirib ki, iki qız övladı var, onlardan biri talassemiya xəstəsi, digəri isə daşıyıcı olub: "Mən Nuridə və Aynuru tanıyıram. Ayseli isə burada görmüşəm. Rusiyada yaşamışıq. Uşağı Azərbaycanda anamın yanında qoymuşam. Anam xəstəxanaya aparıb. Orda Aynur xanımla rastalaşıblar. Uşaqdan qan nümunəsi götürüblər və Türkiyəyə göndəriblər. Buna görə də 510 manat alıblar".

Zərərçəkmiş qeyd edib ki, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin aparıcı olduğu verilişlərə müraciət ediblər: "Həmin vaxt Xoşqədəm xanım dedi ki, verilişdə Amin adlı xəstəyə pul yığırlar, ona 2 milyon manat lazımdır. Onun pulunu yığılandan sonra bizi efirə çıxaracaqdılar. O verilişdən cavab gələnə kimi Aynur zəng etdi ki, 15 min dollar toplayın gətirin, qalan pulu ödəməyə sponsor çıxıb. Biz də 12 min dollar topladıq ki, onlara verim. Aynur uşağın üzündən öpdü, ona konfet verdilər. Dedilər ki, səni müalicəyə göndərəcəklər. 3 min dolları anam Aynura verib. Amma sonradan eşitdim ki, dələduzluqla üzləşdim. Pulumu tələb edirəm".

Növbəti proses oktyabrın 30-da davam edəcək.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki "Antalya Medical Park" hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını "Çinar Plaza"da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1124   Tarix: 10 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021